Bazar , 28 Aprel 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” tərəfdarları Tehranın Azadi stadionunda: “Azərbaycan var olsun – Türkiyə başın sağolsun” – VİDEO

“Traxtur” tərəfdarları Tehranın Azadi stadionunda: “Azərbaycan var olsun – Türkiyə başın sağolsun” – VİDEO

Bu gün Təbriz vaxtı ilə saat 15:15-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında görüş başlayıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüşdə çox sayda “Traxtur” tərəfdarı azarkeş qismində iştirak edib. “Traxtur” tərəfdarları görüş zamanı “Azərbaycan var olsun – Türkiyə başın sağolsun” şüarı səsləndirərək cümə günü Elazığ şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə baş sağlığı veriblər.

“Traxtur” tərəfdarları 2019-cu il noyabrın 1-də Tehranın “İstiqlal” komandası ilə görüşdə Suriyanın şimalında terror qruplaşmalarına qarşı həyata keçirilən “Barış pınarı” əməliyyatına dəstək məqsədi ilə türk ordusuna hörmət olaraq ayaqüstə hərbi salam vermişdilər.

Azərbaycanlıların bu hərəkəti fars şovinistləri və kürd terror qruplaşmalarının tərəfdarını sərt qəzəbləndirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir