Çərşənbə axşamı , 14 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur”la məşhur “Adidas” Şirkəti arasında əməkdaşlıq genişlənir

“Traxtur”la məşhur “Adidas” Şirkəti arasında əməkdaşlıq genişlənir

Dünya şöhrətli idman brendi “Adidas” şirkəti gələn mövsümdə Güney Azərbaycanın “Traxtur” komandası üçün xüsusi köynək hazırlayacaq.

Xəbər verdiyimiz kimi, avqustun 13-də Təbrizin Purşərifi salonunda keçirilən mərasimdə “Adidas” şirkətinin “Traxtur” komandasının sponsoru olduğu açıqlandı.
Son məlumata görə, klubla məşur şirkət arasındakı əməkdaşlıq daha da genişlənir. Bu barədə klubun icraçı direktoru Qulamrza Sadiqiyan məlumat verib.

“Bu il “Adidas” Şirkəti ilə bir çox müzakirələr aparıldı, aramızda müqavilə bağlandıqdan sonra şirkətin hazırladığı köynəkləri İstandulda təhvil aldıq. Lakin əməkdaşlığımız davam  edir. Şirkət təklif etdi ki, gələn mövsümdə (2020-2021-ci illər) “Traxtur” üçün xüsusi köynək hazırlasın. Biz də bununla razılaşdıq.”- deyə icraçı direktor bildirib.

Qeyd edək ki, “Traxtur” klubunun sahibi Məhəmədrza Zenuzi o halda “Adidas” kimi dünya şöhrətli bir şirkətlə müqavilə imzalayıb ki, İranın əksər klubları müəyyən problemlərdən dolayı daxili brend və ya ikinci dərəcəli xarici brendlərə üz tutublar. Bu cəhətdə “Traxtur” komandası 19-cu super liqa yarışlarında bütün komandalardan fərqlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir