Bazar ertəsi , 6 May 2024
Ana səhifə / Azərbaycan / Türk dili dərslikləri nəşr olunmayıb – Nadir Qazipur

Türk dili dərslikləri nəşr olunmayıb – Nadir Qazipur

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Azərbaycan əyalətlərinin bir neçə məktəbində türk dilinin tədris olunacağına dair verilən vədlərin yerinə yetirimədiyindən danışıb.

O bu barədə oktyabrın 1-də parlamentin ümumi iclasında çıxış edib.

Yeni dərs ilinin başladığına işarə edən millət vəkili bəyan ki, təhsil müəssisələrinin açılışından bir həftədən çox keçir, lakin konstitusiyanın icrası və türk dili dərsliyinin nəşr olunmasından heç bir xəbər yoxdur.

Nadir Qazipur təhsil və təlim naziri, eləcə də prezidenti təsdiq olunmuş layihələrin icrası istiqamətində gördükləri işləri elan etməyə çağırıb.

Bundan əvvəl Şərqi Azərbaycan Təhsil və Təlim İdarəsinin rəisi, həmçinin azərbaycanlı millət vəkilləri Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin bəzi məktəblərində Azərbaycan türkcəsinin pilot layihə çərçivəsində həftədə iki saat tədris olunacağını elan etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir