Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan / Türk dilində kitab çap edən nəşr evinin fəaliyyətinə qadağa qoyulub, müdiri isə həbs edilib – Tehranda

Türk dilində kitab çap edən nəşr evinin fəaliyyətinə qadağa qoyulub, müdiri isə həbs edilib – Tehranda

Tehran şəhərində türk dilində kitablar çap edən “Təkderəxt” Nəşr Evinin fəaliyyətinə qadağa qoyulub, müdiri isə həbs edilib.

Məlumata görə, Ehsan Şokr Xodayi 1 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanında həbs edilib.

“Təkderəxt” Nəşr Evi Azərbaycan türkcəsində çox sayda kitab çap edib. Nəşriyyatın müdiri Ehsan Şokr Xodayi Azərbaycanın klassik və irfan ədəbiyyatı üzrə araşdırmaçı və yazıçıdır.

Fəaliyyətinə qadağa qoyulmuş nəşr evi tərəfindən çap olunan kitablar arasında İmadəddin Nəsiminin fars və türk dillərindəki divanı, Məhəməd Füzulinin ərəbcə divanı, Həkim Füzulinin farsca divanı, Hacı Bektaş Vəlinin qeybiyyə məqalələri, Əmir Əlişir Nəvayinin türkcə divanından seçmələr, Azərbaycanlı uşaqlar ədəbiyyatında nağıllar və s. kimi əsərlər var.

İranın rəsmi orqanları türk dili və mədəniyyətini inkişaf etdirməyə çalışan bütün şəxs və müəssisələri sıxışdırır. Xəbər verdiyimiz kimi, çərşənbə axşamı günü Tehranda türk dilində kitablar çap edən məşhur “Əndişe-yi No” Nəşr Evinin qapısı da hökumət qüvvələri tərəfindən möhürlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir