Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Türk dilində təhsilə qoyulan qadağaya etiraz olaraq minlərlə Bildiriş paylanılıb – Xoy şəhərində

Türk dilində təhsilə qoyulan qadağaya etiraz olaraq minlərlə Bildiriş paylanılıb – Xoy şəhərində

Güney Azərbaycanın Xoy şəhərində türk dilində təhsilə qoyulan qadağaya etiraz olaraq minlərlə bildiriş paylanılıb.

Oktyabrın 29-da şəhərin müxtəlif məntəqələrində yerli milli-mədəni fəallar tərəfindən paylanılan bildirişlərdə məktəblərdə türk dilinə qoyulan qadağaya kəskin etiraz edilib.

“İran mərkəzi hökumətinin aldadıcı planları və eyniləşdirmə siyasəti qeyri-fars millətlərinin ana dilinin tədris olunmasına şərait yaratmayacaq. Ana dilinin tədris olunması bəhsi yalnız təbliğat etmək məqsədi güdür. Bu plan əhalinin seçkilərdə iştirak etməsinə yönəlib.”- deyə bildirişdə qeyd olunub.

Bu günədək İranda ana dilində təhsil almaq hüququnu müdafiə edən bir çox fəal, xüsusi ilə də güney azərbaycanlı milli-mədəni fəallar rejimin müxtəlif təzyiqlərinə məruz qalıb. Onlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və ağır həbs hökmləri ilə üzləşiblər. Bu istiqamətdə fəaliyyət göstərən bir neçə dərqi, qəzet, hətta nəşr evləri də rejim tərəfindən bağlanılıb, həmin mətbuat orqanlarının məsulları məhkəmə hökmü ilə cəzalandırılıb.

Soydaşlarımız türk dilinə tətbiq edilən qadağaya görə hər zaman İran rejiminə etiraz bildirib, bunun üçün bildiriş yaymaq, türk dilində kitablar paylamaq, stadionlarda şüar səsləndirmək, divarlara şüar yazmaq və s. kimi vasitələrdən istifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir