Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə trakt paylanılıb

Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə trakt paylanılıb

Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir.

Məlumata görə, Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə şəhərdə çox sayda trakt paylanılıb.

Bundan əlavə, azərbaycanlı fəallar fevralın 20-də şəhərin mərkəzi küçələrində əhali arasında şokolad paylayıb.

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir