Cümə , 26 Aprel 2024
Ana səhifə / Azərbaycan / Xəstəxana işçiləri bayram münasibəti ilə şənlik təşkil edib – Ərdəbildə / GÖRÜNTÜ

Xəstəxana işçiləri bayram münasibəti ilə şənlik təşkil edib – Ərdəbildə / GÖRÜNTÜ

Güney Azərbaycan Novruz şənlikləri bəzi rəsmi orqanlar və təşkilatlarda da təşkil olunur.

Məlumata görə, Ərdəbilin Xomeyni xəstəxanasında bütün kabinetlərdə Novruz süfrəsi açılıb, süfrəyə “s” hərfi ilə başlayan 7 ərzaq düzülüb.

Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının təşəbbüsü ilə bir çoxları xəstəxanada təşkil olunan şənliklərə baxış keçirilib.

Xəstəxana işçiləri müxtəlif mərasimlərlə yanaşı Azərbaycanın qədim ənənələrindən olan “Təkəm gəzdirmə” mərasimini də həyata keçiriblər.

Aşağıdakı şəkillər “Fars” xəbər agentliyindən götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir