Cümə axşamı , 9 May 2024
Ana səhifə / Azərbaycan / Xalxalın Daşımaçılıq və Yol İdarəsinin rəisi saxlanılıb

Xalxalın Daşımaçılıq və Yol İdarəsinin rəisi saxlanılıb

Ərdəbil prokuroru Xalxal Şəhər Daşımaçılıq və Yol İdarəsinin rəisinin saxlandığını bildirib.

Nasir Ətəbati bu barədə aprelin 30-da “İrna” xəbər agentliyinə danışıb. Prokuror rəisin adını çəkmədən onun maliyyə pozuntuları ilə əlaqədar saxlandığını qeyd edib.

Onun sözlərinə görə, hal-hazırda idarə rəisinin dosyesi araşdırılır.

Xalxal məsullarından daha biri bu barədə “İrna” xəbər agentliyinə açıqlama verib. Adı çəkilmən vəzifəli şəxs bildirib ki, Daşımaçılıq və Yol İdarəsi rəisinin yol verdiyi maliyyə pozuntuları dosyesinə baxılır, araşdırmalar yekunlaşdıqdan sonra bu hadda hökm çıxarılacaq.

Xalxal Ərdəbil Əyalətinin cənub bölgəsində yerləşir.

Qeyd edək ki, İranda dövlət əmlakını mənimsəmə, rüşvət və korrupsiya bütün rəsmi orqanları bürüyüb. İdarələrdə vəsaitin xərclənməsində şəffaflıq təmin olunmur. Buna baxmayaraq yalnız xüsusi hallarda maliyyə pozuntularına yol verən şəxslərə qarşı tədbir alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir