Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Xalxallı soydaşımızın cənazəsi imkansızlıqdan dağda buraxılıb

Xalxallı soydaşımızın cənazəsi imkansızlıqdan dağda buraxılıb

Güney Azərbaycanın Xalxal məntəqəsində yoxa çıxan soydaşımızın cəsədi dağlıq ərazidə tapılıb, lakin onun cəsədini şəhərə gətirməyə imkan yoxdur.

Məlumata görə, Xalxalın Kəmər kəndinin sakini Xaqan Xosrəvi 2 ay əvvəl evdən çıxıb, o bir daha geri dönməyib. Xalxal Şəhər Qızıl Aypara Cəmiyyətinin xilasedici qrupunun onun tapılması ilə bağlı bir neçə günlük cəhdləri heç bir nəticə verməyib. Lakin 4 gün əvvəl onun cəsədi Zəncan yaxınlığında yerləşən Mənamin kəndində bir çoban tərəfindən tapılıb.

Şəkildə göründüyü kimi cəsədin bir ağacın üzərinə qoyulduğu bildirilir.

Məlumata görə, cəsədin tapıldığı məntəqəyə getmək, həm də qarlı hava şəraitində olduqca çətindir. Cəsədi yalnız helikopterlə şəhərə gətirmək mümkündür. Sözügedən şəxsin yaxınları bildirir ki, bir neçə gündür Xalxal şəhəri və Ərdəbil Əyaləti məsullarına müraciət edilib, lakin lazımi yardımlar edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir