Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Xoy Ermənistanın heç bir şəhəri ilə qardaşlaşmayıb – Bələdiyyə İdarəsi

Xoy Ermənistanın heç bir şəhəri ilə qardaşlaşmayıb – Bələdiyyə İdarəsi

Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşması xəbəri təkzib edilib.

Xoy bələdiyyə başçısının ictimai-mədəni məsələlər üzrə müavini Ələkbər Çitsaz yerli mətbuata verdiyi açıqlamada bu barədə yayılan xəbəri yalanlayıb.

“Xoyla Ermənistanın heç bir şəhəri, o cümlədən Çermuk arasında qardaşlıq müqaviləsi imzalanmayıb. Bu barədə yayılan şayiələr həqiqəti əks etdirmir.  Hazırda Türkiyənin Van və Konya şəhərləri ilə qardaşlaşma müqaviləsi imzalamaq üzrəyik. Başqa heç bir xarici şəhərlə belə bir müqaviləmiz yoxdur”- deyə o bildirib.

Ötən günlərdə Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşdığı barədə xəbərlər yayılmışdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir