Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində

Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində

Təhsili Qiymətləndirmə Təşkilatının nəşr etdiyi ixtisas seçimi braşurasına əsasən Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasına daha çox öyrənci qəbul olunacaq.
Humanitar elm kimi fars dili və ədəbiyyatının bölümündə yer verilən türk dili ixtisasını seçmək istəyən abituriyentlərin sayı artdığına görə, universitet sözügedən ixtisasa daha çox öyrənci qəbul etməyə qərar verib.
Qeyd etmək lazımdır ki, yalnız Təbriz Universitetində türk dili ixtisası ilə bağlı müsbət dəyişiklik var, digər Güney Azərbaycan universitetləri yalnız fars və ərəb dilləri ixtisaslarına öyrənci qəbul edir. Təəssüflə türk dili ixtisasının gecə növbəsi də yoxdur.
Son vaxtlar Təbriz Universitetində bir neçə öyrənci ixtisaslarını dəyişərək türk dili və ədəbiyyatına keçmək istəyiblər, lakin ixtisasın qrup müdiri Əhməd Fərşbafiyanın maneçiliyi ilə bu baş tutmayıb.
Bu il abituriyentlər Təhsili Qiymətləndirmə Təşkilatının saytında “33637” kodla türk dili və ədəbiyyatı ixtisasını seçə bilərlər.
Həmçinin sözügedən ixtisasa rəğbət artdığı üçün Təbriz Universiteti abituriyentlərin əvvəlki təhsil səviyyələrini qiymətləndirərək onları qəbul imtihanı keçmədən türk dili və ədəbiyyatı ixtisasına qəbul edəcək.
Qeyd edək ki, ixtisas seçimi avqustun 7-dən başlayaraq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir