Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Zəncanda avtobus sürücüləri etiraza qalxıb

Zəncanda avtobus sürücüləri etiraza qalxıb

İranda ötən həftələrdə başlayan koronavirus epidemiyası ölkədə yeni iqtisadi böhrana çevrilməkdədir.

Məlumata görə, Zəncanda avtobus sürücüləri gəlirlərinin azalması və məişət problemləri ilə əlaqədar kütləvi etiraza qalxıb, bir neçə gündür ki, işlərini dayandırıblar.

Buna səbəb, əhalinin təhlükəli virusdan qorunmaq üçün avtobuslardan istifadə etməməsidir.

Sürücülərin martın 20-də etiraza başladığı bildirilir.

Zəncan Bələdiyyə İdarəsinin icraçı direktoru Qulamhüseyn Əhmədi avtobus sürücülərinin etirazlarına münasibət bildirib:

“Koronavirus epidemiyası ilə əlaqədar əhali ictimai nəqliyyatdan istifadə etməyə rəğbət göstərmir. Bu məsələ avtobus sürücülərinin gəlirinin azalmasına səbəb olub. Hal-hazırda Zəncanda ictimai nəqliyyat sisteminin müəyyən hissəsi təmami ilə tətil vəziyyətindədir.”

İran rejiminin koronavirus böhranına hazırlıqsız olması müxtəlif sahələrə ağır iqtisadi ziyan vurmaqdadır. Rejimin epidemiya nəticəsində ziyana düşənlərə yardım etməməsi onsuzda iqtisadi baxımdan ağır vəziyyətdə olan əhalini yeni böhranla üz-üzə qoya bilər.

Ötən günlərdə ölkənin əmək fəalları da fəhlələrin işsiz qalması və ağır vəziyyətdə olduqları ilə bağlı xəbərdarlıq etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir