Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Zəncanda keçirilən şeir gecəsində yeniyetmələr türkcə şeir oxuyub: “Azərbaycan elimdir, türkcə mənim dilimdir” – VİDEO

Zəncanda keçirilən şeir gecəsində yeniyetmələr türkcə şeir oxuyub: “Azərbaycan elimdir, türkcə mənim dilimdir” – VİDEO

Ötən günlərdə Zəncan şəhərində yeniyetmələr üçün keçirilən şeir gecəsində Zəncan Əyalətində milli şüurun olduqca yüksək olduğunu göstərən fikir və şeirlər söylənilib.

Proqramları yeniyetmələr tərəfindən həyata keçirilən mərasim “Qızıl özən” ədəbi dərnəyin təşəbbüsü ilə keçirilib.

Zəncan Əyaləti İran rejiminin asimilasyon siyasətinin əsas hədəfində olmasına baxmayaraq, hələ də milli kimliyini qoruyub saxlayıb, bu bölgədə çox sayda tanınmış Milli Hərəkat fəallarına rast gəlinir. 18 yaşından aşağı uşaqlar üçün nəzərdə tutulan şeir gecəsində də yeniyetmələrin ana dili və Azərbaycana son dərəcə bağlı olduqları bir daha sübut olunub.

Mərasimdə oxunan şeirlər azərbaycanlı mədəni və milli fəallar tərəfindən alqışlanıb.

Aşağıda mərasimdən çəkilmiş qısa videonu izləyə bilərsiniz. Bu video sosial şəbəkələrdə geniş yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir