Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Zəncandan olan güləşçi qızıl medalını türk millətinə həsr edib – VİDEO

Zəncandan olan güləşçi qızıl medalını türk millətinə həsr edib – VİDEO

Güney Azərbaycanın Zəncan şəhərindən olan güləşçi Asiya oyunlarında qazandığı qızıl medalı türk əhalisi və “Traxtur” tərəfdarlarına həsr edib.

Hüseyn Nuri ötən günlərdə Çində keçirilən yunan-Roma güləşi üzrə böyüklər arası Asiya Çempionatında qızıl medala layiq görülüb. 87 kq çəki dərəcəsində güləşən soydaşımız Çin, Yaponiya və Özbəkistandan olan rəqiblərini məğlub edərək final mərhələsinə yüksəlib. O final yarışında Hindistandan olan Kumar Sonil adlı güləşçiyə 2:0 hesabı ilə qalib gələrək yarışların qızıl medalını qazanıb.

Hüseyn Nuri uğurulu çıxışından sonra verdiyi bir müsahibədə qazandığı medalı İranda yaşayan türklər, xüsusi ilə də “Traxtur” tərəfdarlarına həsr etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir