Cümə axşamı , 2 May 2024
Ana səhifə / İran / Azərbaycan sərhəçiləri İran dənizçilərini xilas edib – VİDEO

Azərbaycan sərhəçiləri İran dənizçilərini xilas edib – VİDEO

İyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb. Batmadan əvvəl gəminin 9 nəfərdən ibarət olan ekipajı Azərbaycan sərhəçiləri tərəfindən xilas edilib.

“Report” “Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir. 

Cümə günü Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. 

Bundan başqa, əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri cəlb olunub. 

Sərhəd gözətçi gəmisi və helikopterlər hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Heyət üzvləri Bakıya gətirilib. Onlardan 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

Gəminin batmasına səbəb kimi ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir