Bazar , 19 May 2024
Ana səhifə / İran / Etirazçılar Şiraz və Kazirunda “elmi hövzə”lərə od vurublar- FOTO

Etirazçılar Şiraz və Kazirunda “elmi hövzə”lərə od vurublar- FOTO

İranda benzinin bahalaşmasına görə keçirilən etirazlar zamanı insanlar Şiraz və Kazirun şəhərlərində yerləşən “elmi hövzə” adlanan dini mədrəsələrə od vurublar.

Məlumatlara əsasən, mədrəsələn şənbə günü axşam yandırılıb. Kazirunun əhalisi bu rayonda fəaliyyət göstərən “Salihiyyə Məktəb-əs-Sadiq” adlı mədrəsəyə od vurublar.

Şiraz əhalisi isə şəhərin “Xatəmül-Ənbiya” adlı mədrəsəsini yandırıraraq, benzinin qiymətinin bahalaşdırılmasının əvəzinə, dini təhsil müəssisələrinə ayrılan pulun dayandırılmasını tələb ediblər. Mədrəsə rəhbərliyi hadisə nəticəsində bir neçə mollanın döyüldüyü və yaralandığını iddia edib.

Qeyd etmək lazımdır ki, etirazların davam etdiyi ötən 3 gün ərzində yarıtmaz rejimdən qəzəblənən xalq banklara, elmi hövzələrə, Bəsic qüvvələrinə məxsus binalara, dövlətin xidməti avtomobillərini, mollaxanalara və digər bu tipli yerlərə od vurublar.

Xalq kasıblıq, bahalıq və ağır iqtisadi vəziyyətə görə axund rejimini günahlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir