Şənbə , 27 Aprel 2024
Ana səhifə / Tag Archives: Azərbaycan (page 6)

Tag Archives: Azərbaycan

Şəms Təbrizi məqbərəsinin YUNESKO tərəfindən qeydiyyata alınması üçün iş aparılır

Dünya şəhrətli azərbaycanlı sufi alim Şəms Təbrizinin Xoydakı türbəsinə nəzarət edən təşkilatın icraçı direktoru məqbərənin YUNESKO tərəfindən qeydiyyata alınması üçün iş aparıldığını deyib. Bu barədə Fəttah Kəbiri “Fars” xəbər agentliyinə danışıb. “Ötən 4 il müddətində məqbərənin YUNESKO tərəfindən qeydiyyata alınması məqsədi ilə 4 beynəlxalq festival keçirmək kimi bir çox addımlar …

Davamı...

Təbriz bazarında Novruz bayramı şənlikləri keçirilib – GÖRÜNTÜ

Güney Azərbaycan şəhərlərində Novruz bayramı şənlikləri geniş miqyasda keçirilir. Mərasimlərin keçirildiyi yerlərdən biri də Təbriz bazarı olub. Bu məkanda martın 19-da “Təkəm gəzdirmə”, aşıq musiqisi, Azərbaycanın qədim oyunları və ilaxır çərşənbə ilə bağlı mərasimlər nümayiş etdirilib. Tədbirlərin keçirilməsində məqsəd yerli mədəniyyət və adət-ənənələri qoruyub saxlamaqdır. Oxşar mərasimlər Azərbaycanın digər şəhərlərində …

Davamı...

Marağada quraşdırılan lövhədə yerli əhalinin milli kimliyi təhrif edilib

Son vaxtlar Güney Azərbaycan Marağa şəhərinin avtobus terminalında hökumət orqanları tərəfindən bir lövhə quraşdırılıb. Lövhədə Marağa əhalisinin milli kimliyi bilərəkdən təhrif edilib. Yazılıb ki, “Marağa əhalisinin əksəriyyəti ağdərili və ariya (ari) irqinə mənsubdur”. Bundan sonra isə “Əhalinin ana dili türkcədir” sözü qeyd olunub. Azərbaycan türk millətinin tarix və mədəniyyətini təhrif …

Davamı...

“Urmiyə 90”-nın oyununda “Qarabağ bizimdir…” şüarı səsləndirilib – VİDEO

Martın 9-da Urmiyənin Təxti stadionunda Azərbaycan Respublikası və Dağlıq Qarabağa dəstək verən şüar səsləndirilib. Ölkə klublarının birinci dəstə yarışlarının 27-ci həftəsində “Urmiyə 90” komandası ilə Buşehrin “Şahin” komandası qarşılaşıb. Görüş zamanı “Urmiyə 90” komandasının tərəfdarları gur səslə “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirərək stadionu lərzəyə gətiriblər. Qeyd edək ki, 1992-ci …

Davamı...

İstanbulda İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçirilib – GÖRÜNTÜ

Türkiyədə “Nəsimi ili” çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir. “Report”un yaydığı xəbərə görə, paytaxt Ankarda rəsmi açılışı elan edilən “Nəsimi ili”nə həsr olunmuş tədbir İstanbulda davam edib. Azərbaycanın Mədəniyyət Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbir …

Davamı...

Araz Obalı: “Xocalı kimi məsələlərdə İran hakimiyyətinin dediyi sözlərə yox, əməllərinə baxmaq lazımdır”

Uzun illərdir Azərbaycan Respublikasında yaşayan güney azərbaycanlı milli fəal Araz Obalı “Modern.az”a verdiyi müsahibədə “Niyə İranda da Xocalı aksiyaları keçirilmir…” sualı ətrafında danışıb. Müsahibəni olduğu kimi təqdim edirik: “Bir neçə gün öncə XX əsrin ən dəhşətli qətliamı – Xocalı soyqırımının 27-ci ildönümü qeyd olundu. Bu soyqırımı zamanı şəhid edilənlər dünyanın …

Davamı...

Həştrud-Marağa yolunda yol qəzaları nəticəsində ölənlərin sayı artıb

Güney Azərbaycan yolları can almaqda davam edir. Həştrud Şəhər İcra Hakimiyyətinin başçısı Həştrud-Marağa yolunda baş verən yol qəzalarında ölənlərin sayının daha da artığını bildirib. Bu barədə Əmin Əminiyan Trafik Şurası və Güvənlik Komitəsinin keçirdiyi iclasda çıxışı zamanı danışıb. “Ölümlə nəticələnən yol qəzalarının sayı baxımından Şərqi Azərbaycan 3-cü, Həştrud isə 1-ci …

Davamı...

Xocalı soyqırımından 27 il ötür

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 …

Davamı...