Şənbə , 27 Aprel 2024
Ana səhifə / Tag Archives: Azərbaycan (page 3)

Tag Archives: Azərbaycan

Moskvada İmadəddin Nəsiminin büstü ucaldılıb

Rusiyanın paytaxtı Moskva şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstü ucaldılıb. Abidə HHeydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda qoyulub. Səfirlikdən verilən məlumata görə, abidənin açılışı oktyabrın 30-da baş tutacaq. Qeyd edək ki, abidə “Nəsimi ili” çərçivəsində ucaldılır.

Davamı...

“Traxtur” bu lisenziya ilə dünyanın peşəkar klublarından birinə çevrilib

Güney Azərbaycanın “Traxtur” futbol komandası növbəti dəfə dünya üzrə böyük şöhrət qazanıb. Bu barədə “Traxtur” klubunun icraçı direktoru Qulamrza Sadiqiyan mətbuata məlumat verib. “Liqa Təşkilatının Peşəkarlıq üzrə Lisenziyalaşdırma Komitəsinin müvafiq rəyi əsasında “Traxtur” klubuna beynəlxalq lisenziya verilib. “Traxtur”un dünyanın peşəkar klublarından birinə çevrilməsi klub sahibinin əsas hədəflərindən biri olub. Artıq …

Davamı...

“Azərbaycan Öyrənci Hərəkatı” terror qruplaşmaları və tərəfdarlarının aktivləşməsinə qarşı yığıncağa çağırış edib

Radikal kürd və fars şovinistlərinin Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatına qarşı hərəkətə keçməsi güney azərbaycanlıların kəskin etirazına səbəb olub. Bu istiqamətdə “Azərbaycan Öyrənci Hərəkatı” kürd terror qruplaşmaları və tərəfdarlarına qarşı yığıncaq keçirməyə çağırıb. Bu barədə yayılan bəyanatda Güney Azərbaycanın bütün öyrənci və öyrənci qurumlarından etiraz yığıncağına qatılmaları istənilib. Yığıncaq …

Davamı...

Türk dili dərslikləri nəşr olunmayıb – Nadir Qazipur

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Azərbaycan əyalətlərinin bir neçə məktəbində türk dilinin tədris olunacağına dair verilən vədlərin yerinə yetirimədiyindən danışıb. O bu barədə oktyabrın 1-də parlamentin ümumi iclasında çıxış edib. Yeni dərs ilinin başladığına işarə edən millət vəkili bəyan ki, təhsil müəssisələrinin açılışından bir həftədən …

Davamı...

“Traxtur”un oyunları bir daha İdman kanalında yayımlanmayacaq – Səbəb?!

Hazırda İran üzrə keçirilən 19-cu super liqa yarışlarında ikinci yerdə qərarlaşan Güney Azərbaycanın “Traxtur” futbol klubuna qarşı yeni təzyiqlərin başladığı görünür. Son yayılan məlumata görə, Azərbaycan komandasının oyunları bir daha İdman kanalında yayımlanmayacaq. Bu barədə “Traxtur” klubu rəsmən açıqlama yayıb. “Traxtur” klubu məşhur iş adamı Məhəmmədrza Zenuziyə ötürüldükdən sonra bu …

Davamı...

Təbrizdə “farsca yetərlilik testi”nə qarşı etiraz bildirişləri paylanılıb – VİDEO

Güney Azərbaycanda məktəblilər üzərində “farsca yetərlilik testi”nin tətbiq olunmasına qarşı etirazlar davam edir. Son məlumata görə, Təbrizdə əhali arasında irqçi layihəyə etiraz edən çox sayda bildiriş vərəqəsi paylanılıb. Eyni vərəqələr şəhərin müxtəlif məhəllələrində divarlara da yapışdırılıb. Bildirişlərdə “farsca yetərlilik testi”nin tətbiq olunmasına etiraz etməklə yanaşı GAMAC (Güney Azərbaycan Milli Azadlıq …

Davamı...

Təbrizdə divarlar milli şüarlarla bəzədilib – GÖRÜNTÜ

Güney Azərbaycanın Təbriz şəhərində divarlara bir çox milli şüar yazılıb. Milli fəallar bütün riskləri göz önünə alaraq Güney Azərbaycan türk millətinin dövlətdən tələb etdiyi demokratik və milli hüquqların bir neçəsini  divarlarda əks etdirməyə çalışıblar. Onlar ən çox türk dilində təhsil hüququnun təmin edilməsi və həbsdə olan azərbaycanlı milli-mədəni fəalların azadlığa …

Davamı...

Məhəmmədrza Zenuzi: “Traxtur”un oyunları 3-cü kanalda yayımlanmalıdır

Güney Azərbaycanın “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zenuzi klubun fəaliyyəti, tərəfdarları və ona olan münasibətlə bağlı önəmli məsələlərə toxunub. O bu barədə İran televiziyasının “Vərzeş və Mərdom” proqramında çıxış edib. ““Traxtur”un əsas sahibi mən deyiləm. Onun sahibi komanda tərəfdarlarıdır, mən onların nümayəndəsi kimi klubun işləri ilə məşğul oluram. Məqsəd klubu …

Davamı...

Nadir Qazipur nazirə sual ünvanlayıb – türk dilində qəzetin nəşrinə lisenziya verilməməsi haqda

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşr olunması məsələsini gündəmə gətirib. Məlumata görə, millət vəkili bu barədə irşad və mədəniyyət naziri Abbas Salehiyə sual ünvanlayıb. “Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir?” başlığı ilə …

Davamı...

“Traxtur” tərəfdarları Türkiyənin Zəfər bayramını təbrik edib və milli şüarlar səsləndiriblər – GÖRÜNTÜ

Xəbər verdiyimiz kimi, avqustun 30-da Güney Azərbaycanın “Traxtur” futbol komandası Tehranın “Perspolis” komandasını Təbrizin səhənd stadionunda qəbul edib. 19-cü super liqa yarışlarının 2-ci həftəsində keçirilən görüş 1:0 hesabı ilə ev sahibinin xeyirnə yekunlaşıb və “Perspolis” məğlub şəkildə Tehrana yola salınıb. Görüşü izləyən 80 mindən çox “Traxtur” tərəfdarı dəfələrlə milli şüarlar …

Davamı...