Cümə , 26 Aprel 2024
Ana səhifə / Tag Archives: bəyanat

Tag Archives: bəyanat

Ərdəbil Koronavirus Epidemiyası ilə Mübarizə Mərkəzi virus böhranı ilə bağlı növbəti dəfə xəbərdarlıq edib

Güney Azərbaycan əyalətlərində yaranan koronavirus böhranı gün keçdikcə nigaranlıqları artırır. Bu barədə Ərdəbil Koronavirus Epidemiyası ilə Mübarizə Mərkəzi ikinci dəfə olaraq bəyanat yayıb. Təhlükəli virusla bağlı xəbərdarlıq edilən bəyanatda insanlardan evdən çölə çıxmamaları tələb olunub. “Ərdəbil Koronavirus Epidemiyası ilə Mübarizə Mərkəzi virus böhranının davam etdiyini diqqətə çatdıraraq hər kəsi tövsiyyə …

Davamı...

Bir qrup güneyli milli-mədəni fəal saxlanılan azərbaycanlı fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib

Bir qrup güneyli milli-mədəni fəal saxlanılan çox sayda azərbaycanlı fəalın azadlığını tələb edən bəyanat yayıb. Bəyanatda fəalların qanunsuz olaraq saxlanılması pislənilərək onların qeyd-şərtsiz sərbəst buraxılması tələb olunub. Bəyanatın mətni Ərk– Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsi Cəmiyyətinin Teleqram kanalında yayımlanıb. “Azərbaycanın bir qrup milli-mədəni fəalı İnsan Hüquqları Bəyannaməsinin 3 və 9-cu maddəsi, …

Davamı...

Basketbol federasiyasının ayrı-seçkiliyə yol verməsi Tufarqan komandasının liqa yarışlarını tərk etməsinə səbəb olub

Güney Azərbaycanın Tuqarqan (Azərşəhr) şəhərinin basketbol komandası liqa yarışlarında oyunlarını davam etdirməyəcək. Buna İran Basketbol Federasiyasının Azərbaycan komandasına qarşı qərəzli münasibət bəsləməsi və yol verdiyi ayrı-seçkiliklər səbəb olub. Tufarqan klubunun ictimaiyyətlə əlaqələr şöbəsi komandanın yarışları tərk etdiyini fevralın 1-də yaydığı bəyanatda elan edib. “Klubun şənbə günü yaydığı bəyanatda Basketbol Federasiyasının …

Davamı...

Təbrizin “Şəhrdari” komandası İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırdı – Səbəb?

Təbriz Bələdiyyə İdarəsi məsullarının laqeyd münasibəti nəticəsində bu şəhərin “Şəhrdari” futbol komandası İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırıb. Bu barədə Elm və Ədəb Klubu (Şəhrdari-i Təbriz” bəyanat yayaraq verdiyi qərarın səbəblərini açıqlayıb. “Bildiyiniz kimi, Təbrizin Bələdiyyə İdarəsi bir müddət əvvəl nəzarətində olan bütün idman komandalarını ləğv etdi. Elm və Ədəb …

Davamı...

“Vəkillərin Azad Tribunası” tanınmış fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihinin saxlanılmasını qınayıb

“Vəkillərin Azad Tribunası” tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihinin saxlanılmasını pisləyən bəyanat yayıb. Bəyanatın surəti Beynəlxalq Vəkillər Kollegiyası, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, Hakimlər və Vəkillərin Müstəqillik məsələləri üzrə Xüsusi Məruzəçisi və İnsan Hüquqları Müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçiyə göndərilib. “İnsan hüquqlarını müdafiə edən vəkillər …

Davamı...

Güney Azərbaycanın öyrənci qurumları Yaşar Hüseynzadənin qanunsuz saxlanmasını pisləyiblər

Güney Azəbaycan Universitetlərinin bir neçə öyrənci qurumu və mədəniyyət dərnəkləri Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Yaşar Hüseynzadənin qanunsuz saxlanmasını pisləyən bəyanat yayıblar. Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyi, Mühəqqiq Ərdəbili Universitetinin Xətayi Mədəniyyət Dərnəyi, Zəncan Universitetinin İşraq Dərnəyi, Ərdəbil Tibb Universitetinin Araz Mədəniyyət Dərnəyi və Urmiyə Universitetinin …

Davamı...

Səudiyyə Ərəbistanı və BƏƏ İranın Yəməndəki planları ilə mübarizəni davam etdirəcəklər

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri birgə yaydıqları bəyanatda İranın Yəməndəki planları ilə mübarizəni davam etdirəcəklərini vurğulayıblar. Bəyanatda rəsmi Riyad və Əbu Dabinin Yəmən dövləti ilə “Cənub Keçid Şurası”nın dialoq və atəşkəsə əməl etmək çağırışlarına müsbət yanaşması təqdir edilir, eləcə də münaqişə tərəfləri ixtilafların aradan qaldırılması üçün konstruktiv danışıqlar aparmağa …

Davamı...

Futbol Federasiyası təkzib etdi: ““Traxtur” klubuna köynək satmamışıq”

Güney Azərbaycanın “Traxtur” futbol klubu 19-cü super liqa yarışlarında çıxış edəcəyi köynək və loqosunun təqdimat mərasimini keçirdikdən sonra bəzi mətbuat orqanlarında komandanın köynəyi ilə bağlı şayiələr yayılıb. Mərasimdə Azərbaycan klubunun dünya şöhrətli idman brendi “Adidas” şirkəti ilə müqavilə bağladığı və tanınmış şirkətin hazırladığı köynəkdən istifadə edəcəyi məlum oldu. Bundan sonra …

Davamı...

Təcili Tibbi Yardım Mərkəzi: Xəstə türkcə danışmaqla işçimizi təhrik və təhdid edib

Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzi türkcə danışdığına görə ambulansdan endirilən xəstə və bu hərəkətə yol verən Tibbi Yardım Mərkəzinin irqçi işçisi ilə bağlı təhdidedici bəyanat yayıb. Bəyanatda yol qəzasında xəsarət alan xəstənin ambulansdan endirilməsinə haqq qazandırılıb. İşçisinin irqçi hərəkətini müdafiə edən Təcili Tibbi Yardım Mərkəzi xəstəni söyüş söymək və …

Davamı...