Cümə axşamı , 2 May 2024
Ana səhifə / Tag Archives: həbs (page 2)

Tag Archives: həbs

Siyamək Mirzayi saxlandıqdan 40 ay sonra məzuniyyətə çıxıb – VİDEO

 Evin zindanında həbs müddətini başa vurduqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi saxlandığından 40 ay sonra ilk dəfədir məzuniyyətə buraxılıb. Oktyabrın 28-də Ərdəbil şəhərinə gələn S.Mirzayi çox sayda azərbaycanlı milli-mədəni fəal tərəfindən qarşılanıb. S.Mirzayi 2016-cı il iyun ayında Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. …

Davamı...

Ərdəbil Əyalətinin Kəndlər üzrə Su və Kanalizasiya İdarəsinin dosyesi barədə məhkəmə qərarı çıxarılıb

Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati təmsil etdiyi əyalətin Kəndlər üzrə Su və Kanalizasiya İdarəsinin dosyesi barədə məhkəmə qərarı verildiyini bildirib. Bu barədə “Mehr” xəbər agentliyi Ərdəbil Ədliyyə İdarəsinin məlumatına istinadən xəbər yayıb. “Kəndlər üzr Su və Kanalizasiya İdarəsinin dosyesi barədə hökm çıxarılıb. Müttəhimlər Ərdəbil Cinayət Məhkəməsinin 2-ci şöbəsində …

Davamı...

Sulduzda divarlara posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”

Qərbi Azərbaycan Əyalətinin Sulduz şəhərində hazırda Ərdəbil zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən posterlər hazırlanıb. Milli-mədəni fəallar tərəfindən çap olunan posterlər şəhərin müxtəlif məhəllələrində divarlara yapışdırılıb. Fəallar posterlərə “Free abbas lesan” və “Biz hamımız Lisaniyik” sözləri yazmaqla tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb …

Davamı...

Yusif Sələhşur və Davud Mahmudi Apellasiya Məhkəməsinə çağırılıb

Güney azəbaycanlı milli-mədəni fəal Yusif Sələhşur və Davud Mahmudi Şərqi Azərbaycanın Apellyasiya Məhkəməsinə çağırılıb. Fəallar məhkəmənin elektron sistemi tərəfindın göndərilən çağırış vərəqəsinə əsasən oktyabrın 8-i yerli vaxtla saat 9:00-da Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 27-ci şöbəsinə müraciət etməlidir. Bundan əvvəl Təbriz 2 nömrəli Cinayət Məhkəməsinin 112-ci şöbəsi fəalların hər birini 2 …

Davamı...

Abbas Lisani xəstəxanaya aparılıb

Ərdəbilin Mərkəzi Zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani həbsxanadan Ərdəbilin Fatemi xəstəxanasına aparılıb. Fəal qarın nahiyyəsində hiss etdiyi ağrılardan zindanın poliklinikasına aparıldıqdan sonra avqustun 7-də analiz vermək və daha ciddi müalicə almaq üçün Fatemi xəstəxanasına aparılıb. Azərbaycanlı fəal ailəsi və yaxınları ilə telefon əlaqəsi saxlayaraq xəstəxanaya aparıldığı …

Davamı...

İran prezidentinin müavini Urmu gölünün qurudulmasına etiraz edən mədəni fəalların cəzalandırılmasını etiraf edib

İran prezidentinin müavini İsa Kəlantəri Urmu gölü böhranına etiraz edən azərbaycanlı milli-mədəni fəalların həbs edildiyini etiraf edib. O danışıqlarının birində açıq şəkildə bildirib ki, Urmu gölünün quruması ilə bağlı xəbərdarlıq edənlər həbsxanalara göndərildi. Prezident müavini vurğulayıb ki, dövlət Urmu gölü böhranına diqqət yetirmək yerinə bu barədə xəbərdarlıq edən şəxsləri həbsxanalara …

Davamı...

Siyamək Mirzayi sürgünə göndərildi, o polisin müşayiəti ilə Cənubi Xorasan Əyalətinə aparılıb

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi yaxınları ilə telefon əlaqəsi saxlayaraq polisin müşayiəti ilə bir illik sürgün cəzasını çəkmək üçün Qain şəhərinə aparıldığını bildirib. Qain Cənubi Xorasan Əyalətində yerləşir. Azərbaycanlı fəal 3 illik həbs cəzasını bir aylıq təxirdən sonra Evin zindanında başa vurub. O Baharistan Məhkəməsində 1 illik sürgün cəzası …

Davamı...

Abbas Lisani barəsində çıxarılan hökm haqda “Azadlıq Radiosu”nda Raport – VİDEO

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ötən günlərdə qondarma ittihamla 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilməsi dünya mediasında işıqlandırılmaqdadır. Buna baxmayaraq insan hüquqlarını müdafiə etdiklərini iddia edən xaricdəki farsdilli mətbuat orqanları bu məsələyə səssiz qalıb. Tanınmış fəalın ağır məhkəmə hökmü ilə bağlı xəbər məşhur …

Davamı...

Təbrizin bələdiyyə başçısı məşhur güney azərbaycanlı kolleksionerə yardım vəd edib

Təbriz Bələdiyyə İdarəsinin başçısı İrəc Şəhin Baher maliyyə sıxıntılarından dolayı həbs edilən məşhur güney azərbaycanlı kolleksioner və tanınmış sənətkar Rza Sarabi Əqdəmin azadlığa buraxılması üçün yardım göstərəcəyini vəd edib. Bu barədə Təbriz Bələdiyyə İdarəsinin rəsmi saytı “Şəhriyar” məlumat dərc edib. “Təbrizin tanınmış sənətkarı və kolleksioneri Rza Sarabi Əqdəmin üzləşdiyi problemlə …

Davamı...

Mühəndis Əlirza Fərşi Məhkəməyə çağırılıb

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal mühəndis Əlirza Fərşi Tehranın Apelyasiya Məhkəməsinə çağırılıb. Fəalın elektron məktubu vasitəsi ilə Apelyasiya Məhkəməsinin 54-cü şöbəsinə çağırıldığı bildirilir. Bundan əvvəl Əlirza Fərşi “Beynəlxalq Ana Dili Günü” mərasimi kampaniyası təşkil etdiyi üçün İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. O 2017-ci ildə Tehranın İnqilab Məhkəməsi tərəfindəın 15 il …

Davamı...