Cümə , 3 May 2024
Ana səhifə / Tag Archives: ittiham (page 2)

Tag Archives: ittiham

Abbas Lisaninin sonuncu saxlanmasından bir il keçdi

Tanınmış güney azərbaycxanlı milli-mədəni fəal Abbas Lisaninin sonuncu saxlanmasından bir il keçdi. Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra onun təhlükəsizlik və məhkəmə …

Davamı...

Güney azərbaycanlı fəal Əlirza Fərşinin ailəsi: Onun hansı səbəbdən saxlandığını bilmirik

İki gün əvvəl saxlanılan güney azərbaycanlı fəal mühəndis Əlirza Fərşinin ailəsi onun hansı səbəbdən saxlandığı barədə hər hansı məlumata malik deyil. Bu sözləri azərbaycanlı fəalın ailə üzvləri bildirib. Onlar fəalın ittihamları ilə bağlı yayılan şayiələri rədd edərək bildiriblər iki, o saxlandığı gündən yaxınları ilə heç bir əlaqə saxlamayıb. Bu barədə …

Davamı...

Güney azərbaycanlı fəal Yusif Kari 6 il həbs cəzasına məhkum edilib

Ərdəbil zindanında müvəqqəti olaraq saxlanılan güney azərbaycanlı fəal Yusif Kari haqda ağır məhkəmə hökmü çıxarılıb. Məlumata görə, hakim Məhdəviradın rəisi olduğu Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəalı 6 il azadlıqdan məhrum edib. Fəala “GAMAC Təşkilatına üzv olmaq” ittihamına görə 5 il, “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə isə1 il …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin ikinci məhkəmə iclası keçirilib

Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin ikinci məhkəmə iclası keçirilib. Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam …

Davamı...

Şiva Mücərrəd noyabrda keçirilən etirazlarla bağlı məhkəməyə çağırılıb – Urmiyada

Xəbər verdiyimiz kimi, ötən ay İran və Güney Azərbaycan şəhərlərində ölkədə hökm sürən bahalığa qarşı geniş etiraz aksiyaları keçirilib. Etirazlar zamanı saxlanılıb bir gün sonra müvəqqəti azadlığa buraxılan xanım Şiva Mücərrədin Urmiya Məhkəməsinə çağırıldığı bildirilir. O Məhkəmənin Elektron Sistemi tərəfindən dekabrın 14-də göndərilən çağırış vərəqəsinə əsasən özünü müdafiə etmək məqsədi …

Davamı...

Müctəba Pərvin Ərdəbil zindanından azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin məhkum edildiyi 3 aylıq həbs cəzası başa çatdıqdan sonra Ərdəbilin mərkəzi zindanından azadlığa buraxılıb. Azərbaycanlı fəal dekabrın 15-i günortadan sonra həbsxanadan sərbəst buraxılıb. Bundan əvvəl Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan …

Davamı...

Güney azərbaycanlı fəal Nasir Xulusi saxlanılıb

Dekabrın 14-də güney azərbaycanlı milli-mədəni fəal Nasir Xulusi Təbriz şəhərində saxlanılıb. Şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəal naməlum istiqamətə aparılıb. Onun tutulma səbəbi və harada saxlandığı barədə hələlik məlumat yoxdur. Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O 2017-ci il fevral ayında Təbrizdən Urmiyaya gedərkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən …

Davamı...

Həbsdə olan güney azərbaycanlı fəal məhkəməyə çağırılıb

Güney azərbaycanlı millli-mədəni fəal Yusif Kari Ərdəbilin İnqilab Məhkəməsinə çağırılıb. 3 aydan çoxdur həbsdə olan azərbaycanlı fəal dekabrın 10-da məhkəməyə müraciət etməlidir. O “bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq və ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə qövmlərlə bağlı qrupun iclaslarına qatılmaq və qrupda üzv olmaq” ittihamı ilə mühakimə olunacaq. Yusif Kari …

Davamı...

Sürgündə olan güney azərbaycanlı fəal Siyamək Mirzayi məhkəmə iclasına qatıla bilməyib

Cənubi Xorasan Əyalətinin Qain şəhərində sürgün həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Tehranda keçirilən məhkəmə iclasına qatıla bilməyib. Məlumata görə, məhkəmə iclası dekabrın 1-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində təşkil olunub.  Azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün hakim Əfşarın sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak edə bilməyib. Siyamək Mirzayi …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmmnəd Güneylinin məhkəmə iclası keçirilib

Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin birinci məhkəmə iclası keçirilib. Noyabrın 16-da keçirilən məhkəmə prosesinə hakim Məhəmməd Ehrari sədrlik edib, məhkəmə iclasında “Sepah”ın nümayəndəsi də iştirak edib. Azərbaycanlı vəkil prokurorluq …

Davamı...