Şənbə , 4 May 2024
Ana səhifə / Tag Archives: ittiham (page 3)

Tag Archives: ittiham

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb

Meşkinşəhr (Xiyav) sakini olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb. Fəal noyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Meşkinşəhrin 11-ci polis bölməsinə aparılıb. Noyabrın 19-da məhkəməyə aparılan azərbaycanlı fəal sonra Ərdəbil Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib. Siyamək Seyfinin hansı səbəbdən saxlandığı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Xəbər verdiyimiz kimi, …

Davamı...

Məhkəmə güney azərbaycanlı fəal Ruhulla Əhmədnəjad barəsində hökm çıxarıb

Təbrizin İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjada qarşı irəli sürülən ittihamla bağlı icraata xitam verilməsinə dair hökm çıxarıb. Fəal “ölkəyə qarşı olan cəmiyyətlərdə üzv olmaq” ittihamı ilə mühakimə olunub. Artıq dosye Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin verdiyi qərarla qapanıb. Azərbaycanlı fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki …

Davamı...

Əta Kərimi Urmiyada məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əta Kərimi Urmiyanın İnqilab Məhkəməsinə çağırılıb. Fəal oktyabrın 14-də aldığı çağırış vərəqəsinə əsasən 10 gün ərzində İnqilab Məhkəməsinin 6-cı şöbəsinə müraciət etməlidir. Azərbaycanlı fəalın 4 il əvvəl quraşdırılan dosyeyə görə məhkəməyə çağırıldığı bildirilir. Sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunduğu deyilən fəal 2016-cı il yanvarın 11-də mülki …

Davamı...

Güney azərbaycanlı fəal Cəfər İsməilzadə və oğlu 1 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli-mədəni fəal Cəfər İsməilzadə və oğlu Milad İsməilzadə birlikdə 1 il həbs cəzasına məhkum edilib. Məlumata görə, Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi Aşura “Sepah”ının təhlükəsizlik bölümünün raportunu əsas götürərək fəalların hər birini 6 ay azadlıqdan məhrum edib. Ata və oğulun “bölücülüyü əks etdirən vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat …

Davamı...

Abbas Lisaninin həbs cəzası Apellasiya Məhkəməsində iki dəfə artırıldı – 16 il

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həbs cəzası iki dəfə artırılıb. Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci Şöbəsi 8 illik həbs cəzasını 15 ilədək artırıb. Hökm bu gün Abbas Lisani və onun vəkilinə açıqlanıb. Apellyasiya Məhkəməsi bundan əvvəl məhkəmənin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il isə fəalın məhkəmədə bəraət …

Davamı...

Güney azərbaycanlı fəal Rəhim Qulaminin 1 illik həbs cəzası təsdiqlənib

Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi “İran İslam Cümhuriyyətinin qurucusunu təhqir etmək” ittihamı ilə1 il həbs cəzasına məhkum edilən güney azərbaycanlı fəalın məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsi şair və yazıçı Rəhim Qulami haqda çıxardığı hökmdə etirazçının təqdim etdiyi dəlillərin qaneedici olmadığını qeyd edib. Azərbaycanlı fəalın apelyasiya məhkəməsi …

Davamı...

Müctəba Pərvinin 3 aylıq həbs qərarı təsdiqləndi

Ərdəbil Ədliyyə İdarəsi Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin haqda Ərdəbil 2 nömrəli Məhkəməsinin çıxardığı 3 aylıq həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Apelyasiya məhkəməsinin iclası hakim Nasir Ətəbatinin sədrliyi ilə keçirilib. Azərbaycanlı fəal avqustun 18-də Ərdəbil Ümumi və Hüquqi Məhkəməsinin 9-cu şöbəsində mühakimə olunub. O dövlət …

Davamı...

Güney azərbaycanlı fəal Rza Zarei Apelyasiya Məhkəməsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Rza Zarei Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsinə çağırılıb. Fəal oktyabrın 7-də Apelyasiya Məhkəməsinə müraciət etməlidir. Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Fəal fiziki şəxslərə məxsus lövhələri təxrib etmək, sistemin əleyhinə təbliğat aparmaq, təhlükəsizliyi pozmaq məqsədi ilə qrup …

Davamı...

Ərdəbildə Rəhim Qulaminin apelyasiya məhkəməsi keçirilib

Avqustun 27-də güney azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulaminin apelyasiya məhkəməsi keçirilib. Fəalın məhkəmə iclası Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsində baş tutub. Fəal prokurorluğun hazırladığı iddianamədə “sistemin əleyhinə təbliğat aparmaq”, “GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq” və “Ruhulla Xomeyni”ni təhqir etməkdə ittiham olunmuşdur. Lakin …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi məhkəməyə çağırılıb

Güney Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi Təbrizin İnqilab Məhkəməsinə çağırılıb. Azərbaycanlı fəal Məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən sentyabrın 3-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir. O “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından özünü müdafiə edəcək. Azərbaycanlı fəal 2018-ci il oktyabrın 21-də virtual aləmdə yalan məlumat yaymaq, ölkəyə …

Davamı...