Bazar , 28 Aprel 2024
Ana səhifə / Tag Archives: məhkəmə (page 3)

Tag Archives: məhkəmə

Aclıq aksiyasının 12-ci günündə olan Siyamək Mirzayinin son vəziyyəti barədə heç bir məlumat yoxdur

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi barəsində nigaranlıq artır. Fəal Tehranın Evin zindanın təknəfərlik kamerasında aclıq aksiyasının 12-ci gününü keçirdiyi bir vaxtda zindan və məhkəmə məsulları onun vəziyyəti barədə yaxınlarına heç bir məlumat vermir. Onun ailə üzvləri ilə görüşməsi və ya telefon əlaqəsi saxlamasına da qadağa qoyulub. Siyamək Mirzayi aclıq …

Davamı...

Siyamək Mirzayi aclıq aksiyasının 8-ci günündə

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasının 8-ci gününü keçirir. Güney azərbaycanlı fəal 3 illik həbs müddətini Tehranın Evin zindanında başa vurmasına baxmayaraq azadlığa buraxılmır, o Ettelaat Nazirliyinin nəzarətində olan zindanının 209-cu korpusuna intiqal edilib. Fəal təhlükəsizlik orqanları və məhkəmə məsullarının qanunsuz qərarına etiraz olaraq iyulun …

Davamı...

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilib

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub. Hökmə əsasən o 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub. Abbas Lisani yanvarın 15-də məhkəmə …

Davamı...

Sulduzda saxlanılan fəalların yaxınları ilə görüşünə qadağa qoyulub

Urmiyə Ettelaat İdarəsinin əməkdaşları Sulduzda saxlanılan iki güney azərbaycanlı fəalın yaxınları ilə görüşünə qadağa qoyulduğunu bildirib. Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin Ettelaat İdarəsinə aparılıb. Fəalların saxlanmasından 17 gün keçməsinə baxmayaraq ailələri onların hansı səbəbdən tutulduğu və vəziyyəti haqda heç bir məlumat əldə …

Davamı...

Güneyli fəallar İranda apartheydın aradan qaldırılması və etniklərə mənsub fəalların azadlığa buraxılmasını tələb edən kampaniya keçirir

Güney azərbaycanlı milli-mədəni fəallar internetdə kampaniya keçirərək türk milli-mədəni fəalların əleyhinə uydurma dosye təşkil edilməsini kəskin pisləyib, onlar və qeyri-fars millətlərinə mənsub digər fəalların azadlığa buraxılmasını istəyiblər. Kampaniya iştirakçıları İran dövlətindən bu istiqamətdə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsini və ölkədə apartheydın aradan qaldırılmasını da tələb edib. Qısa müddətdə təxminən 350 …

Davamı...

Siyamək Mirzayinin azadlığa buraxılmasına icazə verilmir

Bundan əvvək məhkəmə tərəfindən təyin olunmuş mülki vəsiqə qərarının təqdim olunmasına baxmayaraq güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin Tehranın Evin zindanından azad edilməsinə icazə verilmir. Siyamək Mirzayinin ailə üzvləri iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət ediblər, lakin onlar məsulların …

Davamı...

Əmir Səttarinin ailəsi: Əmir aclıq aksiyasını davam etdirir

Təbrizin Mərkəzi Zindanında aclığa başlayan, aksiyasının 7-ci günündə isə quru aclıq aksiyasına keçən Əmir Səttari ailəsinin israrı ilə su içməyə razılaşıb, lakin o aclıq aksiyasını dayandırmaqla razılaşmayıb. Bu barədə Səttari ailəsi iyunun 20-də güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin yaxın dostlarına məlumat veriblər. “Əmirlə əlaqə saxlayaraq ondan aksiyasını dayandırmağı istədik. …

Davamı...

Əmir Səttari Rəuf quru aclıq aksiyasına keçib

Təbrizin mərkəzi zindanında iyunun 10-dan aclıq aksiyası keçirən güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf aksiyasının 7-ci günündə döyülərək həbsxananın təknəfərlik kamerasına köçürüldükdən sonra quru aclıq aksiyasına keçib. Fəal iyunun 17-də, aclıq aksiyasının 8-ci günündə zindan məsulları tərəfindən yenidən döyülüb. Aldığı zərbələrdən ağır yaralanan fəal poliklinikaya aparılıb. Xəbər fəalın ailəsinə …

Davamı...

Kiyanuş Aslani və Tohid Əmir Əmini barəsində hazırlanan iddianamənin detalları məlum olub

Tehranın İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini haqda prokurorluqda hazırlanan iddianamənin detallarını açıqlayıb. Bir neçə səhifəsi etnik məsələləri ilə bağlı olan iddianamə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinə çağırılan fəallara açıqlanıb. Kiyanuş Aslani və Tohid Əmir Əminidən özlərini müdafiə etmək üçün iyunun 22-də məhkəmə iclasına …

Davamı...

Güney azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, şair və yazıçı iyunun 16-da 1 il həbs cəzasına məhkum edilib. İyunun 3-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında onun sistemin əleyhinə təbliğat aparmaq, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq və rəhbəri təhqir etmək kimi uydurma …

Davamı...