Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Tag Archives: mülki vəsiqə (page 2)

Tag Archives: mülki vəsiqə

Mühəndis Əmaninin vəfatının ildönümü mərasimi ilə bağlı saxlanılan fəallar müvəqqəti azadlığa buraxılıb

Mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar saxlanılan milli-mədəni fəallardan 6-ı ağır mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb. Məlumata görə, ümumi nizam-intizamı pozmaq ittihamı üzrə saxlanılan Cəlil Bəyməhəmmədi, Babək Hüseyni Müqəddəm, Hüseyn İsmaili və Yusif Rəzəvi 1 milyard riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Saxlandıqları …

Davamı...

Tanınmış güney azərbaycanl fəalın vəkili Məhəmmədrza Fəqihi müvəqqəti azadlığa buraxılıb

Ötən günlərdə saxlanılan tanınmış güney azərbaycanl fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi müvəqqəti azadlığa buraxılıb. M.Fəqihi 3 gün saxlandıqdan sonra oktyabrın 23-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi oktyabrın 20-də saxlanmışdır. O Ərdəbil …

Davamı...

Əta Kərimi Urmiyada məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əta Kərimi Urmiyanın İnqilab Məhkəməsinə çağırılıb. Fəal oktyabrın 14-də aldığı çağırış vərəqəsinə əsasən 10 gün ərzində İnqilab Məhkəməsinin 6-cı şöbəsinə müraciət etməlidir. Azərbaycanlı fəalın 4 il əvvəl quraşdırılan dosyeyə görə məhkəməyə çağırıldığı bildirilir. Sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunduğu deyilən fəal 2016-cı il yanvarın 11-də mülki …

Davamı...

“Farsca yetərlilik” testi ilə əlaqədar saxlanılan Kazım Əzəmi müvəqqəti azadlığa buraxılıb

Məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunmasın etiraz etdiyinə görə saxlanılan soydaşımız Kazım Əzəmi müvəqqəti azadlığa buraxılıb. Otən günlərdə saxlanılan fəal 20 milyon tümənlik mülki vəsiqə qərarı ilə Marağa zindanından sərbəst buraxılıb. Kazım Əzəminin sistemin əleyhinə təbliğat aparmaq və yalan məlumat yaymaq isttihamı ilə üzləşdiyi bildirilir. İran təhsil nazirinin ibtidai təhsil …

Davamı...

Siyamək Mirzayi aclıq aksiyasını dayandırıb, o zindanın 8-ci korpusuna köçürülüb

Tehranın Evin zindanında hüquqlarının təmin edilməsi tələbi ilə aclıq edən güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi yeni ittihamla bağlı mülki vəsiqə qarşılığında azadlığa buraxılacağına razılıq verildikdən sonra aksiyasını dayandırıb, o sonra zindanın 8-ci korpusuna köçürülüb. İyulun 1-də aclığa başlayan fəal iyulun 17-də aksiyaya son qoyub. Məlumata görə, Evin Zindanı Məhməkəsinin …

Davamı...

Güney azərbaycanlı fəallar Musa Ziya Gərgəri və Səccad Şəhiri müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəallar Musa Ziya Gərgəri və Səccad Şəhiri iyulun 16-ı günortadan sonra sərbəst buraxılıb. Sulduz sakini olan fəallar 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azad edilib. Fəalların yaxınlarının dediyinə görə, onlar dindirilmə mərhələsində GAMAC Təşkilatına (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, həmçinin Sulduz şəhidlərinin mərasimində …

Davamı...

Əli Əzizi Urmiyə zindanının gənclər korpusuna köçürülüb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi yaxınları ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyə mərkəzi zindanının gənclər korpusuna intiqal edildiyini bildirib. Əli Əzizi iyunun 2-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Məhkəmə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə fəalın barəsində bundan əvvəl çıxarılan mülki vəsiqənin məbləğini 150 …

Davamı...

Güney azərbaycanlı fəal Əli Əzizi Urmiyədə saxlanılıb

Urmiyə sakini olan güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi məhkəmə tərəfindən mülki vəsiqə qərarı daha da ağırlaşdırılaraq saxlanılıb. Fəal iyunun 2-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Yaxınlarının verdiyi məlumata görə, fəala “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” kimi yeni ittihamla üzləşdiyi açıqlanıb və barəsində çıxarılan mülki vəsiqə …

Davamı...

Mülki vəsiqə qərarının məbləğinin artırıldığı iki fəal Təbriz zinanına aparılıb

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 12-ci Şöbəsi Yusif Sələhşur və Davud Mahmudi adlı iki azərbaycanlı fəal barəsində çıxarılan mülki vəsiqə qərarının məbləğini artıraraq onları Təbriz zindanının karatin bölümünə göndərib. Fəalların məhkəmə iclası mayın 8-də İnqilab Məhkəməsinin 12-ci şöbəsində hakim Əsğər Qənbərinin sədrliyi ilə keçirilib. Onların ümumi nizam-intizamı pozmaq və təhlükəsizlik …

Davamı...

Rəhim Qulami azadlığa buraxılıb, çox sayda fəal onun görüşünə gedib – VİDEO

Azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdəbil zindanından azadlığa buraxılıb. Məhkəmə tərəfindən vəsiqə qərarı çıxarılmasına baxmayaraq təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə martın 4-dən zindanda saxlanılan fəal aprelin 28-də müvəqqəti olaraq sərbəst buraxılıb. Fəal azad edildikdən sonra çox sayda milli-mədəni fəal evinə gedərək onu …

Davamı...