Cümə , 3 May 2024
Ana səhifə / Tag Archives: Şərqi Azərbaycan (page 2)

Tag Archives: Şərqi Azərbaycan

Zəlzələdən zərərçəkənlər hələ uzun müddət çadırlarda qalmalı olacaq – Şərqi Azərbaycanda

Noyabr ayında Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində yaşanan problemlər səngimək bilmir. Bölgədə təbii fəlakətdən zərərçəkənlərin əksəriyyəti yetəri qədər qızınmaq vasitələri ilə təmin olunmayıb, bir çox ailə soyuq hava şəraitində hələ də çadırlarda qalır. Şərqi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavininin verdiyi açıqlamaya görə, zəlzələdən zərərçəkənlər hələ bir neçə …

Davamı...

Miyananın millət vəkili: Zəlzələdən zərərçəkənlər son hadisələrlə əlaqədar unuduldu

Şərqi Azərbaycan Əyalətində baş verən dağıdıcı zəlzələdən təxminən 50 gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlər hələ də ağır şəraitdə yaşayır. Bu barədə Miyana şəhərinin İran parlamentindəki millət vəkili Fərdin Fərmənd dekabrın 23-də parlamentdəki çıxışı zamanı danışıb. “Miyananın zəlzələdən əvvəl də bir çox problemi var idi. Təbii fəlakətin baş verməsi vəziyyəti …

Davamı...

Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin təhsil sahəsindəki problemlərini sadalayıb

Şərqi Azərbaycan Əyalətində yerləşən Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin təhsil sahəsindəki problemlərini sadalayıb. Əli Musəvi Hüseyni bu barədə dekabrın 19-da “İrna” xəbər agentliyinin müxbirinə danışıb. “Bostanabad şəhərində 20 məktəb iki növbəli iş rejimi ilə fəaliyyət göstərir. Bu şəhərdə hətta ətraf məntəqələrlə müqayisədə bütün təhsil pillələrində təhsil müəssisəsi və dərs …

Davamı...

Güney azərbaycanlı qədın fəal Apellyasiya Məhkəməsinə çağırılıb

Güney azərbaycanlı fəal xanım Nəsim Sadiqi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinə çağırılıb. Məhkəmənin elektron sistemi tərəfindən dekabrın 17-də fəala göndərilən çağırış vərəqəsində ondan dekabrın 20-də  Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinə müraciət etməsi istənilib. Təbriz sakini olan azərbaycanlı fəal sentyabrın 21-ə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına …

Davamı...

Zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

Noyabrın 8-də Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayır. Miyana və Sarab məntəqəsində baş verən zəlzələdən təxminən 40 gün keçməsinə baxmayaraq zəlzələdən zərərçəkənlər qarlı hava şəraitində çadırlarda qalır. Məsullardan kaneks (dəmirdən düzəldilmiş sığınacaq evlər) istədiklərini bildirən kəndlilərdən biri tələblərinin təmin olunmadığını deyib. Onun …

Davamı...

Marağa məntəqəsində kəndlər əhalidən boşalır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyətinin başçısı Həmid Şükri noyabrın 21-də rəhbərlik etdiyi idarənin işçiləri ilə görüşdə bölgədə yaşanan iqtisadi problemlərə toxunub. “Əyalətdə bir çox kənd əhalidən boşalıb. Bu problem Marağa məntəqəsinə də aiddir. …

Davamı...

“Sepah” komandanı Təbrizdə 30 nəfərin saxlandığını bildirib

İslam İnqilabı Keşikçiləri Korpusunun Şərqi Azərbaycan qolunun (Sepah-i Aşura) komandanı Təbrizdə son günlərdə benzinin üçqat bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda 30 nəfərin saxlandığını bildirib. Bu barədə Abedin Xürrəm çərşənbə günü kütləvi etirazlarla bağlı keçirilən mətbuat konfransında danışıb. “Təbrizin yalnız 5,6 nöqtəsində yığıncaqlar təşkil olundu. Yığıncaqlarda 15-dən 200 nəfərədək insan iştirak etmişdir. Şəhərin …

Davamı...

Zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

Ötən həftə Şərqi Azərbaycanda baş verən dağıdıcı zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür. Əhalinin bölgəyə göndərdiyi yardımlar zəlzələdən zərərçəkənlərin ehtiyaclarının ödənilməsini təmin etmir. Dövlət isə gözlənilən etirazların qarşısını almaq məqsədi ilə davamlı vədlər verir, lakin hələ ki, bölgəyə ciddi yardım göndərilməyib. Hazl-hazırda bölgədə qızınmaq vasitələri, yemək, yorğan, dava-dərman, geyim və …

Davamı...

“Türkmən səhra”nın mədəni fəalları zəlzələ bölgəsinə yardım toplayır – GÖRÜNTÜ

“Türkmən səhra”nın mədəni fəalları “Ağ qala” və “Qonbəd Kavus” şəhərlərində Şərqi Azərbaycanda baş verən zəlzələdən zərərçəkənlərə yardım toplamağa başlayıb. Fəallar şəhərin müxtəlif yerlərində əhalinin verdiyi nağd pul və digər yardımları qəbul edir. Türkmən qardaşlarımız bu işləri ilə Azərbaycan türk millətinə öz sevgi və hörmətlərini göstərir. Onlar həm də ötən Novruz …

Davamı...

Zəlzələ bölgəsinin əhalisi yardım edilmədiyinə görə hökumətə etiraz bildirir – VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Şərqi Azərbaycanın Tərk şəhəri məntəqəsində təxminən 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ kəndlərdə çox sayda insanın ölümü və xəsarət almasına səbəb olub. Təbii fəlakət baş verdikdən sonra gözlənildiyi kimi yenə də dövlət tərəfindən zəlzələdən zərərçəkənlərə vaxtı-vaxtında və yetəri qədər yardım edilməyib. Vərənkeş kəndində həyatını …

Davamı...