Şənbə , 4 May 2024
Ana səhifə / Tag Archives: Şərqi Azərbaycan (page 3)

Tag Archives: Şərqi Azərbaycan

Zəlzələdə ölən azərbaycanlı körpə fidanların səs yazısı qalıb – VİDEO

Noyabrın 8-i Təbriz vaxtı ilə saat 2:17-də Şərqi Azərbaycanın Tərk şəhəri məntəqəsində baş verən zəlzələ çox sayda insanın ölümü və xəsarət almasına səbəb olub. Vərənkeş kəndində təbii fəlakətdə ölənlərin arasında Zəhra Abedi və Reyhanə Qurbani adında iki məktəbli də olub. Onlar təxminən 1 il əvvəl Şərqi Azərbaycanın səhənd telekanalında məktəblərinin …

Davamı...

Yusif Sələhşur və Davud Mahmudi Apellasiya Məhkəməsinə çağırılıb

Güney azəbaycanlı milli-mədəni fəal Yusif Sələhşur və Davud Mahmudi Şərqi Azərbaycanın Apellyasiya Məhkəməsinə çağırılıb. Fəallar məhkəmənin elektron sistemi tərəfindın göndərilən çağırış vərəqəsinə əsasən oktyabrın 8-i yerli vaxtla saat 9:00-da Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 27-ci şöbəsinə müraciət etməlidir. Bundan əvvəl Təbriz 2 nömrəli Cinayət Məhkəməsinin 112-ci şöbəsi fəalların hər birini 2 …

Davamı...

İdarələrdən birinin rəisi mənimsəmə ittihamı ilə saxlanılıb – Azərşəhrdə

Güney Azərbaycanın Azərşəhr (Tufarqan) şəhərində idarələrdən birinin rəisi dövlət əmlakını mənimsəmə ittihamı ilə tutulub. Bu barədə Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahi mətbuata məlumat verib. “Azərşəhrdə idarələrdən birinin rəisi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O dövlətə aid torpaq sahələrini gizli şəkildə satıb. İdarə rəisi torpaq sahələrini satdığı şəxslə birlikdə saxlanılıb.”- …

Davamı...

Qaradağ meşələrində baş verən yanğınla bağlı 3 nəfər saxlanılıb

Avqust ayında Güney Azərbaycanın Qaradağ meşələrində baş verən yanğınla bağlı 3 nəfərin saxlandığı açıqlanıb. Bu barədə Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahi mətbuata məlumat verib. “Yanğının səbəbinin araşdırılması ilə bağlı yaradılan qrup tapşırılan işləri yerinə gətirib. Araşdırmalardan sonra yanğınla əlaqədar 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.”- deyə o bildirib. …

Davamı...

“Marağada təhsilin keyfiyyəti aşağıdır” – Şəhər İcra Haimiyyətinin başçısı

Şərqi Azərbaycan Marağa Şəhər İcra Hakimiyyətinin başçısı təmsil etdiyi şəhərdə təhsil səviyyəsinin aşağı olduğundan şikayətlənib. Həmid Şükri bu barədə Təhsil İdarəsi Şurasının keçirdiyi iclasda çıxış edib. “Marağada təhsilin səviyyəsi aşağıdır, 88 faiz şagirdlər keyfiyyətli təhsildən məhrumdur. Bu məsələ ötən illərdə təhsilə cəlb olunan şagirdlərin sayına da öz təsirini göstərib. Hesab …

Davamı...

“Vərziğanda mədənlərin xarici səhmdarları ətraf mühiti sianidlə çirkləndirib” – Millət vəkili

Şərqi Azərbaycan Əyalətinin Vərziğan və Xarvana şəhərlərinin İran parlamentindəki millət vəkili Əndəriyan məntəqəsində yerləşən mədənlərin fəaliyyəti nəticəsində ətraf mühitin çirkləndiyini bildirib. “Şəms” agentliyinin yaydığı məlumata görə, Rza Əlizadə  mədənlərin iş adamlarına buraxılmasında ilk növbədə daxili şirkətlərə üstünlük verildiyini deyib. “Ətraf mühitin çirklənməsi ilə bağlı Əndəriyan mədənlərində bir neçə il işlər …

Davamı...

Hadi Bahaduri: Ana dilinin həftədə iki saat tədris olunması bütün əyalətlər üçün keçərlidir

 Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili məktəblərdə türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqini müsbət addım kimi qiymətləndirərək bu layihənin yalnız Şərqi Azərbaycan Əyaləti deyil, bütün əyalətlərə aid olduğunu deyib. Hadi Bahaduri bu barədə “Əncümən Azərbaycan” agentliyinə danışıb. “Mən cənab Məhəmməd Bəthayi təhsil naziri olduğu zaman onunla …

Davamı...

Məktəblərdə yerli dillər tədris oluna bilər – Əli Mütəhhəri

İran Parlamentinin Mədəniyyət Komisiyyasının üzvü məktəblərdə yerli dillərin tədris edilməsi ilə bağlı  heç bir maneənin olmadığını bildirib. Əli Mütəhhər avqustun 2-də Məclisin (parlament) xəbər agentliyi ilə danışığında konstitusiyanın 15-ci maddəsinə işarə edərək bu barədə məlumat verib. O bildirib ki, məktəblərdə müxtəlif qövmlərin ədəbiyyatı, o cümlədən türk dilinin tədisi üçün bir …

Davamı...

“Gənclərin şəhərdən köçməsi nəticəsində Həştrud əhalisi getdikcə qocalır”

Şərqi Azərbaycan Əyalətinin Həştrud şəhərində gənclər işsizlikdən dolayı doğma diyarını tərk edir, bunun nəticəsində yaşlı insanların sayı artır və şəhərin cəmiyyəti tədricən qocalır. Bu barədə Həştrud Şəhər İcra Hakimiyyəti başçısı Əmin Əminiyan avqustun 5-də yaşlı insanların vəziyyəti barədə keçirilən tədbirdə çıxış edib. “Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına görə, 65 yaşdan yuxarı …

Davamı...

Ərdəbil Əyalətində 3300 elat-əşayir ailəsi içməli su təchizatından məhrumdur

Güney Azərbaycanın bir çox bölgəsində yaşayan elat-əşayir tayfalarının sosial-məişət problemləri bitib tükənmək bilmir. Son məlumata görə, Ərdəbil Əyalətinin minlərlə əşayir ailəsi içməli su sıxıntısı yaşayır. Bu barədə keçirdiyi mətbuat konfransında danışan Ərdəbil Əyaləti Əşayirlərin İşləri üzrə Təşkilatın rəisi Mərifət Azəri təmsil etdiyi əyalətdə əşayir tayfalarının su problemindən söz açıb. “Ərdəbildə …

Davamı...