Cümə , 26 Aprel 2024
Ana səhifə / Tag Archives: vali

Tag Archives: vali

Şərqi Azərbaycanda spirtdən ölənlərin sayı 24 nəfərə çatıb

Şərqi Azərbaycan Əyalətində koronavirus infeksiyası yayıldıqdan sonra əyalətdə alkollu içki və texniki spirt içənlərin sayı artıb. Ötən həftələrdə İran və Güney Azərbaycanda spirtin koronavirusa yoluxmanın qarşısını almaqla bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb. Şərqi Azərbaycan valisi Məhəmmnədrza Purməhəmmədi dünən keçirdiyi mətbuat konfransında bu barədə …

Davamı...

Qərbi Azərbaycanda radikal kürd qüvvələr seçkilərlə bağlı hərəkətə keçib

İranda parlament seçkiləri yaxınlaşdıqca Qərbi Azərbaycan Əyalətində radikal kürd qüvvələri təxribat xarakterli fəaliyyətlərini artırıb. Parlament seçkilərinə namizədliyi qeydə alınanların siyahısı açıqlandıqdan sonra “Pejak” və “Komelə” terror qruplaşmalarına dəstək verən telekanallar “Novruj TV və Kurdistan TV) Azərbaycanın mənafeyinə qarşı hərəkətə keçib. Bu kanallar bütün kürd şəhərlərinin əhalisinə müraciət edərək onlardan Qərbi …

Davamı...

Maliyyə sıxıntıları ilə üzləşən “Urmiya 90”nın baş məşqçisi: Komandada qalıb-qalmamağım oyunçuların saxlanılması ilə bağlıdır

“Urmiya 90” futbol komandasının baş məşqçisi komandada gələcək fəaliyyəti ilə bağlı bildirib ki, hal-hazırda ən önəmli məsələ məşqlərdə hazır olmalı olan oyunçuları saxlamaqdır. Bu barədə Vəhid Bəyatlu “Fars” xəbər agentliyinə danışıb. Onun sözlərinə görə, “Urmiya 90”nın oyunçuları artıq klub rəhbərliyinə müraciət edərək komandada qalıb-qalmayacaqlarının müəyyən edilməsini tələb edirlər. Baş məşqçi …

Davamı...

“Ərdəbil Əyalətində İranla Azərbaycan arasında birgə sənaye şəhərciyi yaradılır”

Ərdəbil valisi Əkbər Behnamcu İranla Azərbaycan Respublikası arasında sənaye şəhərciyi yaradılacağı barədə razılığa gəlindiyini bildirərək şəhərciyin Ərdəbil Əyalətinin Parsabad şəhərində yaradılacağını qeyd edib. Əkbər Behnamcu bu barədə Azərbaycan Respublikasından iqtisadi heyətin İrana səfərindən sonra hökumət rəsmiləri ilə keçirilən konfransda danışıb. “Sənaye şəhərciyinin Parsabadda yaradılması ilə bağlı İran və Azərbaycan heyətləri …

Davamı...

Ərdəbildə İranla Azərbaycan arasında birgə sənaye şəhərciyi yaradılacaq

Güney Azərbaycanın Ərdəbil Əyalətində İranla Azərbaycan Respublikası arasında birgə sənaye şəhərciyi yaradılacaq. Bu barədə Ərdəbil valisi Əkbər Behnamcu noyabrın 21-də yerli məsulların iştirakı ilə keçirilən tədbirdə çıxış edib. İki ölkə arasında yaradılacaq sənaye şəhərciyi barədə geniş məlumat verən vali bildirib ki, sənaye şəhərciyi sərhədyanı bölgədə fəaliyyətə başladıqdan sonra bölgədə  nəzərdə …

Davamı...

“Ərdəbilin dəmir yolu xəttində isfahanda istehsal olunan keyfiyyətsiz relslərdən istifadə olunacaq”

Ərdəbilin valisi Əkbər Behnamcu təmsil etdiyi şəhərin dəmir yolu xətti layihəsi ilə bağlı yeni məlumat verib. O bu barədə Ərdəbil bazarında qiymətləri tənzimləyəm mərkəzin nümayəndələri ilə yerli iş adamlarının keçirdiyi iclasda çıxış edib. “Artıq layihənin icrasına başlanılıb, işlər sürətlə gedir. Yaxın zamanda relslər qoyulacaq. Relslər İsfahan zavodundan alınacaq, onlar beynəlxalq …

Davamı...

Nadir Qazipur Urmiyə torpaqlarının iraqlı kürdə buraxılmasını qanunsuz adlandırıb

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur təmsil etdiyi şəhərə məxsus tarixi bir ərazinin İraqın Ərbil şəhərindən olan Məhəmməd Əmin Novruzi adlı radikal bir kürdə buraxılmasına etiraz bildirib. Ərazinin Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin səyi nəticəsində iraqlı kürdə buraxıldığı bildirilir. Mövzu ilə …

Davamı...

Hadi Bahaduri Urmiyədə torpaqların bir iraqlı radikal kürdə satılmasına etiraz bildirib

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Urmiyədə torpaqların bir iraqlı radikal kürdə satılması planına etiraz bildirib. Torpaqların satılması və bu kimi planlar bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq ən çox Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin səyi nəticəsində baş verir. Ötən günlərdə Urmiyənin tarixi bazarına …

Davamı...

Tikantəpənin simvolu kimi tanınan “Sərdar Əfşar” qalası radikal bir kürdə buraxılıb

Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşdirilməsi prosesi çərçivəsində radikal kürdlərin iqtisadi, mədəni və ictimai mövqelərinin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atılır. Son məlumata görə, Tikantəpə şəhərinin simvolu kimi tanınan “Sərdar Əfşar” qalası 15 illik müqavilə əsasında Nasir Qüdrəti adlı radikal bir kürdə buraxılıb. Qalanın Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari, …

Davamı...

Radikal kürdlərdən biri Qərbi Azərbaycan Valiliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin olunub

Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari bölgənin kürdləşdirilməsi istiqamətində yeni bir addım atıb. Radikal kürdləri tədricən həssas vəzifələrə gətirən vali bu dəfə onlardan daha birini, hətta kürd terror qruplaşmalarının tərəfdarı olduğu deyilən İskəndər Xəncərini Valiliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin edib. Məhəmməd Mehdi Şəhriyari avqust ayında …

Davamı...