Türkiyəli idmançı Batuhan Akduman və erməni rəqibi Rafael Abramyan arasında qaydasız döyüş üzrə yarış keçirilib.
Döyüş zamanı erməni idmançı türkiyəli rəqibini boğaraq öldürmək istəyib.
Bu hadisənin görüntüləri sosial şəbəkələrdə və Türkiyə mətbuatında yayılıb.
Hakim idmançıları ayırmağa cəhd etsə də, erməni döyüşçü Batuhan Akdumanı boğmağa çalışıb. Bir müddət sonra türkiyəli idmançı özündən gedib.