Bazar , 5 May 2024
Ana səhifə / Tag Archives: Ərdəbil (page 5)

Tag Archives: Ərdəbil

İçməli su təchizatı sistemi acınacaqlı vəziyyətdə olan kəndin əhalisi belə qərara gəldi – Güney Azərbaycanda

Ərdəbil Əyalətinin Germi məntəqəsində yerləşən Siyavuş kəndinin əhalisi uzun müddətdir ki, içməli su təchizatı sisteminin köhkəlib sıradan çıxmasından əziyyət çəkir. Son məlumata görə, səlahiyyətli orqanların laqeyd münasibətini görən kənd əhalisi artıq özü hərəkətə keçib, onlar köhnəlib çürümüş su borularını öz vəsaitləri hesabına dəyişdirmək qərarına gəlib. Kənd əhalisi bundan əvvəl əhalinin …

Davamı...

Güney azərbaycanlı fəal Rəhim Qulami Apelyasiya Məhkəməsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulami Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə çağırılıb. Məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış məktubunda fəaldan avqustun 27-i yerli vaxtla saat 10:00-da Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməsi tələb olunub. Fəal Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində ““GAMAC” təşkilatına üzv olmaq”, …

Davamı...

Güney azərbaycanlı yeniyetmələr beynəlxalq rəsm yarışmasında diplomla təltif olunub

Ərdəbil Əyalətinin Uşaq və Yeniyetmələrin İntellektual İnkişafı Mərkəzinin iki üzvü Bolqarıstanda keçirilən beynəlxalq rəsm yarışmasında fəxri diplom qazanıb. “Montana” Beynəlxalq Rəsm Yarışması “Xalqımın Musiqisi və Rəqsi” mövzusunda Bolqarıstanda keçirilib, ərdəbilli yeniyetmələr Azərbaycanın milli rəqsi və aşıq musiqisini əks etdirən rəsm əsərləri ilə çıxış ediblər. Bu barədə jurnalistlərə Ərdəbil Əyalətinin Uşaq …

Davamı...

Məşhur güney azərbaycanlı karikaturaçı yol qəzasında ölüb

Məşhur güney azərbaycanlı karikaturaçı, dünya şöhrətli incəsənət xadimi Şəhram Rzayi Ərdəbil-Meşginşəhr ölüm caddəsində yol qəzasına düşərək həyatını itirib. Ərdəbildən olan məşhur sənətkarın avtomobili avqustun 5-i axşam saatlarında Ərdəbildən Meşginşəhrə (Xiyav) gələrkən qəza keçirib. Hadisə nəticəsində ağır yaralanan məşhur sənətkar dünyasını dəyişib. Tanınmış incəsənət xadimi Şəhram Rzayi eyni halda rəssam, dizayner …

Davamı...

Güney azərbaycanlı fəal Muctaba Pərvin Apelyasiya Məhkəməsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvin Ərdəbil Əyalətinin Apelyasiya Məhkəməsinə çağırılıb. Məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış məktubuna görə, fəal özünü müdafiə etmək üçün avqustun 14-ü yerli vaxtla saat 12:00-da Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir. Bundan əvvəl Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi azərbaycanlı fəalı dövlət mülkiyyətinə ziyan vurma …

Davamı...

Azadlıq maskası taxan güney azərbaycanlı fəallar siyasi məhbusların sərbəst buraxılmasını tələb edib

Güney Azərbaycan şəhərlərində milli-mədəni fəallara qarşı təzyiqlərin azaldılması və həbs olunan fəalların azadlığa buraxılmasını tələb edənlərin sayı gün keçdikcə artır. Son məlumata görə, bu istiqamətdə Ərdəbil şəhərində etiraz yığıncağı keçirilib. Şəhərin meydanlarının birində toplaşan fəallar İran zindanlarında məhbus həyatı yaşayan milli-mədəni fəalların görüntüsünü əks etdirən maska taxaraq onların qeyd-şərtsiz azadlığa …

Davamı...

Güney azərbaycanlı sənətkar, tanınmış fəal Abbas Lisaniyə fiqurativ heykəl həsr edib

Məşhur heykəltəraş, Ərdəbil şəhər sakini Hüseyn Həsənnəjad Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaniyə dəmir məftillərdən hazırladığı fiqurativ heykəli həsr edib. Abbas Lisaninin ictimai-siyasi həyatını və ədalətsizliyə uğrayaraq çətinliklərlə üzləşdiyini əks etdirən əsər “Eldən uzaq- Elə yaxın” adı ilə təqdim olunub. H.Həsənnəjad hazırladığı əsərdə üsyan, mübarizə və azadlıq hisslərinin simvolik …

Davamı...

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilib

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub. Hökmə əsasən o 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub. Abbas Lisani yanvarın 15-də məhkəmə …

Davamı...

Güney azərbaycanlı fəal Müctəba Pərvin 3 ay azadlıqdan məhrum edilib

Güney Azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub. Fəal o halda belə bir ittihamla üzləşib ki, iyunun 16-da məhkəmə …

Davamı...

Hadi Bahaduri: Bəziləri Azərbaycanla bağlı birgə şüar səsləndirməyin əleyhinədir

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri ötən günlərdə Urmiyə və Ərdəbil şəhərlərində keçirilən dünya millətləri voleybol liqası və yarışlarda Azərbaycan gənclərinin şüar səsləndirməsinə qarşı görülən önləyici tədbirlərə münasibət bildirib. O bu barədə “Məclis və Azərbaycan” saytına verdiyi müsahibədə danışıb. “Əgər stadiondakı atmosferi əhalinin həqiqi hissiyatından ayırmaq …

Davamı...