Şənbə , 18 May 2024
Ana səhifə / Tag Archives: Ərdəbil (page 6)

Tag Archives: Ərdəbil

Güney azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, şair və yazıçı iyunun 16-da 1 il həbs cəzasına məhkum edilib. İyunun 3-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında onun sistemin əleyhinə təbliğat aparmaq, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq və rəhbəri təhqir etmək kimi uydurma …

Davamı...

Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirilib

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirilib. Fəal iyunun 16-da keçirilən məhkəmə prosesində özünü və Güney Azərbaycan Milli Hərəkatını müdafiə edib, o məhkəmənin irəli sürdüyü bütün ittihamların əsassız və hüquqi cəhətdən etibarsız olduğunu bildirərək rədd edib. Məhkəmə Ettelaat İdarəsinin raportları və …

Davamı...

Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib, fəal aclıq aksiyasını şərti olaraq dayandırıb

İyunun 15-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübariz fəalı Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib. Aclıq aksiyası ilə əlaqədar fəalın səhhətində yaranan problemə görə məhkəmə prosesinin davamı iyunun 17-nə təxirə salınıb. Fəal məhkəmə tərəfindən irəli sürülən bütün ittihamları rədd edərək təhlükəsizlik orqanları və məhkəmənin təşkil …

Davamı...

Güney Azərbaycan şəhərlərində iş qəzalarında ölən və yaralananların ardı-arası kəsilmir

İran və Güney Azərbaycanın şəhər və kəndlərində iş yerlərində baş verən qəzalarda ölən fəhlələrin sayı günü-gündən artır. Son 2, 3 gün ərzində Güney Azərbaycanın müxtəlif əyalətlərində bir neçə fəhlə iş yerində baş verən qəzalarda həyatını itirib. Ərdəbil Əyaləti Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsi iyunun 11-də 35 yaşlı bələdiyyə fəhləsinin …

Davamı...

Sulduzdan olan mədəni fəallar: “Abbas Lisaninin tələblərinə baxılmayacağı təqdirdə beynəlxalq qurumlara müraciət ediləcək”

Güney Azərbaycanın Sulduz şəhərindən olan milli-mədəni fəallar səlahiyyətli orqanlara xəbərdarlıq edərək Abbas Lisaninin tələblərinə baxılmasını tələb ediblər. Bir neçə rəsmi orqana açıq məktub ünvanlayan fəalar məsələyə baxılmayacağı təqdirdə beynəlxalq qurumlara müraciət edərəclərini bildiriblər. Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün …

Davamı...

Aclıq aksiyasının 12-ci günündə tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti barədə heç bir məlumat yoxdur

Mayın 27-də Ərdəbil zindanında aclıq aksiyasına başlayan Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübarizi Abbas Lisaninin vəziyyəti haqda məlumatın olmaması böyük nigaranlığa səbəb olub. Ərdəbilin məhkəmə və zindan məsulları təhlükəsizlik qüvvələrinin təzyiqi altında azərbaycanlı fəalın qanuni hüquqlarını təmin etməkdən imtina edərək ona təzyiqləri davam etdirirlər. Təknəfərlik kamerada aclıq aksiyası keçirən fəal …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Rəhim Qulami məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, yazıçı və şair Rəhim Qulami ötən günlərdə məhkəməyə çağırılıb. Fəalın iyunun 3-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etdiyi bildirilir. Hakim Xudadadi fəalın ““GAMAC” Təşkilatında (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, rəhbəri təhqir etmək, virtual aləm və iclaslarda həqiqəti olmayan mətləblər yaymaqla sistemin əleyhinə …

Davamı...

Bu şəhərlərdə divarlara güney azərbaycanlı siyasi məhbusların saxlanmasını pisləyən şüarlar yazılıb

Ərdəbil və Məlikan şəhərlərində divarlara güney azərbaycanlı siyasi məhbusların saxlanmasını pisləyən şüarlar yazılıb. Ərdəbildə bazara ərtəsi günü, tanınmış milli-mədəni fəal Abbas Lisaninin aclıq aksiyasının 8-ci günü və Hamid Allahverdipurun aksiyasının 5-ci günündə şəhərin müxtəlif məntəqələrində divarlara şüarlar yazılıb. “Biz Abbas Lisaninin səsiyik”, “Azərbaycanın siyasi məhbusları aclıq aksiyası keçirir”, “Azərbaycanın aslan …

Davamı...

İbrahim Nuri, Abbas Lisaninin dosyesinə ədalətli şəkildə baxılmasını tələb edib

Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal, hüquq üzrə təhsil alan İbrahim Nuri Ərdəbil zindanında aclıq aksiyası keçirməkdə olan tanınmış milli-mədəni fəal Abbas Lisaninin hüquqlarının pozulduğundan öz nigaranlığını bildirib. İbrahim Nuri bu barədə yazdığı mətni telefon vasitəsi ilə güney azərbaycanlı fəallara göndərib. Fəal insanların hüquq və azadlıqlarına …

Davamı...

Abbas Lisani aclıq aksiyasının 5-ci günündə

Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal aclıq aksiyasının 5-ci günündədir. O, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb. Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb. Bu barədə …

Davamı...