Bazar , 5 May 2024
Ana səhifə / Tag Archives: Ərdəbil (page 3)

Tag Archives: Ərdəbil

Həbsdə olan güney azərbaycanlı fəal məhkəməyə çağırılıb

Güney azərbaycanlı millli-mədəni fəal Yusif Kari Ərdəbilin İnqilab Məhkəməsinə çağırılıb. 3 aydan çoxdur həbsdə olan azərbaycanlı fəal dekabrın 10-da məhkəməyə müraciət etməlidir. O “bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq və ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə qövmlərlə bağlı qrupun iclaslarına qatılmaq və qrupda üzv olmaq” ittihamı ilə mühakimə olunacaq. Yusif Kari …

Davamı...

Etiraz aksiyalarında öldürülən güney azərbaycanlılardan 3-nün kimliyi müəyyən edilib

Ötən günlərdə İran və güney Azərbaycan şəhərlərində keçirilən kütləvi etiraz aksiyalarında çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, onlardan 3-nün kimliyini müəyyənləşdirmək mümkün olub. Zəncan sakini olan Əmir Hüseyn Abbasi noyabrın 16-da yaşadığı şəhərdə keçirilən etiraz aksiyasında öldürülüb, o evlidir, üç uşağı var. Mir Salman oğlu Seyid Əli Fətuhi …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb

Meşkinşəhr (Xiyav) sakini olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb. Fəal noyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Meşkinşəhrin 11-ci polis bölməsinə aparılıb. Noyabrın 19-da məhkəməyə aparılan azərbaycanlı fəal sonra Ərdəbil Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib. Siyamək Seyfinin hansı səbəbdən saxlandığı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Xəbər verdiyimiz kimi, …

Davamı...

Güney Azərbaycanlı milli-mədəni fəal Meysəm Colani saxlanılıb

Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə noyabrın 17-də baş verib. Yaxalanarkən döyülən fəalın naməlum istiqamətə aparıldığı bildirilir. İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atır. …

Davamı...

Muğanda azərbaycanlı fəalları saxlatdıran erməni kökənli Ettellat əməkdaşını tanıyaq – VİDEO

Ərdəbil Əyalətinin Muğan şəhərində güney azərbaycanlı milli fəalları kəşf edərək onları saxlatdıran Ettelaat əməkdaşlarından birinin kimliyi müəyyən edilib. Güney Azərbaycan Televiziyasına daxil olan məlumata görə, aşağıdakı videoda görünən şəxsin adı Varheram Abidiyandır. Muğan şəhəri sakini olan Ettelaat əməkdaşı özünü azərbaycanlı kimi təqdim edir, lakin o ermənidir. V.Abidiyan həmçinin Tehranın “Perspolis” …

Davamı...

Siyamək Mirzayi saxlandıqdan 40 ay sonra məzuniyyətə çıxıb – VİDEO

 Evin zindanında həbs müddətini başa vurduqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi saxlandığından 40 ay sonra ilk dəfədir məzuniyyətə buraxılıb. Oktyabrın 28-də Ərdəbil şəhərinə gələn S.Mirzayi çox sayda azərbaycanlı milli-mədəni fəal tərəfindən qarşılanıb. S.Mirzayi 2016-cı il iyun ayında Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. …

Davamı...

Tanınmış güney azərbaycanl fəalın vəkili Məhəmmədrza Fəqihi müvəqqəti azadlığa buraxılıb

Ötən günlərdə saxlanılan tanınmış güney azərbaycanl fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi müvəqqəti azadlığa buraxılıb. M.Fəqihi 3 gün saxlandıqdan sonra oktyabrın 23-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi oktyabrın 20-də saxlanmışdır. O Ərdəbil …

Davamı...

Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi saxlanılıb

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi Ərdəbildə saxlanılıb. Vaxtı ilə İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi, Abbas Lisaninin hüquqlarını müdafiə etdiyi bir vaxtda saxlanılıb. Məlumata görə, o oktyabrın 20-də Ərdəbil prokurorunun müavini hakim Nonəhalın çağırışı əsasında prokurorluğa …

Davamı...

Sulduzda divarlara posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”

Qərbi Azərbaycan Əyalətinin Sulduz şəhərində hazırda Ərdəbil zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən posterlər hazırlanıb. Milli-mədəni fəallar tərəfindən çap olunan posterlər şəhərin müxtəlif məhəllələrində divarlara yapışdırılıb. Fəallar posterlərə “Free abbas lesan” və “Biz hamımız Lisaniyik” sözləri yazmaqla tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb …

Davamı...

Azadlıq kanalı Abbas Lisani haqda çıxarılan məhkəmə hökmünü “qəribə hadisə” kimi qiymətləndirib

Azadlıq kanalı (azadi kanalı) tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqda Ərdəbil İnqilab Məhkəməsinin çıxardığı həbs və sürgün qərarı, sonra isə həmin qərarın Apellyasiya Məhkəməsində daha da ağırlaşdırıldığını “qərbi hadisə” adlandırıb. Azərbaycanlı fəalla bağlı xəbərdə qeyd olunub ki, Abbas Lisani iddianamədə irəli sürülən ittihamlardan bəraət qazandığı halda başqa bir …

Davamı...