Güney Azərbaycanın “Traxtur” futbol komandası tərəfdarlarının sayı baxımından İran üzrə birinci yerdədir.
Bu barədə “Varzesh11” futbol saytı məlumat yayıb.
Saytın yaydığı bir araşdırmada qeyd olunub ki, İran super liqasının 19-cü həftəsində çempionluq şansı olan klublar təxminən məlum olub. Hazırda Təbrizin “Traxtur” komandası 34 xalla turnir cədvəlinin 5-ci yerindədir və super liqa çempionu olmağa iddialıdır. Daha önəmli məsələ ondan ibarətdir ki, bu komandanın tərəfdarları görüşlərdə aktiv şəkildə iştirak edir, “Traxtur” super liqanın 19-cu həftəsində ən çox tərəfdarı olan komanda kimi tanınıb.
Məlumatda qeyd olunub ki, “Traxtur” tərəfdarlarının sayı baxımından paytaxt Tehranın iki əsas komandasından (“İstiqlal” və “Perspolis” komandaları nəzərdə tutulur) irəlidədir.