Cümə axşamı , 17 İyun 2021
Ana səhifə / Azərbaycan

Azərbaycan

Barselonanın “Nou Kamp” stadionunda “Traxtur” geyimi ilə Azərbaycan rəqsi nümayiş etdirilib

Güney Azərbaycanın “Aylan” İncəsənət Qrupu İspaniyada səfərdə olduğu zaman Barselonanın “Nou Kamp” stadionunda Azərbaycan rəqsi nümayiş etdirib. Rəqqaslar rəqs zamanı Güney Azərbaycanın “Traxtur” futbol komandasının geyimindən istifadə edib. “Aylan” qrupu İspaniya ritual rəqs festivalında münsiflər heyəti tərəfindən festivalın ikinci mükafatına layiq görülüb. İncəsənət qrupunda Məhəmməd Nağızadə, Hadi Fətullahi, Əmir Ələmi, …

Davamı...

“Söz” öyrənci nəşriyyəsinin üçüncü sayı nəşr olunub – Təbrizin Tibb Universitetində

Təbrizin Tibb Universitetində “Söz” öyrənci nəşriyyəsinin üçüncü sayı nəşr olunub. Türk öyrəncilər tərəfindən nəşr olunan nəşriyyədə “Bizi din adı ilə öldürdülər; Sudan inqilabı haqda bir dosye – Azadlıq Firqəsi; Azərbaycan Demokrat Firqəsi – Bir ideya; Bazar, inhisarçılığı aradan qaldırmaq istiqamətində hərəkət edir – Antropologiya və Qulamhüseyn Saidinin əsərləri  -“Joker” filminin …

Davamı...

Babək Xürrəmdinin büstü Eynalı qayalarının üzərində…

Təbrizdə Eynalı qayalarının üzərində Azərbaycanın tarixi milli qəhrəmanı Babək Xürrəmdinin büstü əks olunub. Təbrizdən olan iki gənc sənətkar daşları yonaraq Azərbaycanın bir neçə tarixi şəxsiyyətinin büstünü əks etdiriblər. Onlardan biri Azərbaycanın müqavimət simvolu olan Babək Xürrəmdinə aiddir. Eynalı dağında kanat gəzintisi və bir çox əyləncə imkanları var. 5600 hektar ərazidə …

Davamı...

Sulduzda divarlara azərbaycanlı fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – GÖRÜNTÜ

Koronavirus böhranı ilə əlaqədar güney azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb eədn soydaşlarımızın sayı gün keçdikcə artır. Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin Sulduz şəhərində divarlara fəalların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb. Posterlər yerli millli-mədəni fəallar tərəfindən əhali arasında da geniş paylanılıb. Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney …

Davamı...

İranda “Qələmçi” Müəssisəsinin müəlliminin türkləri təhqir etməsi soydaşlarımızı qəzəbləndirib

“Qələmçi” Müəssisəsinin riyaziyyat müəlliminin türk millətini təhqir etməsi Azərbaycan ailələrini qəzəbləndirib. Deyilənlərə görə, dərs keçərkən təhqirə yol verən Müctəba Dadbam universitetə qəbul imtahanının suallarını hazırlayanlardan biridir. İsfahanlı müəllimin təhqiramiz ifadələri nəticəsində bir çox azərbaycanlı ailə qərarını dəyişib, onlar övladlarının onun internetdə keçdiyi dərsdə iştirak etməsini istəmir. “Aina News” saytı sözügedən …

Davamı...

“Qəzvin əyalətində yeni mis mədənində istehsal işləri başlayır”

Qəzvin Əyalətində yerləşən aşağı Tarəm mis mədəni projesində işlər yekunlaşıb, mədən 2 ay ərzində rəsmən fəaliyyətə başlayacaq. Bu barədə Qəzvin Valiliyinin Yatırıma Dəstək Ofisinin rəisi Murtaza Əlixani valilikdə keçirilən iclasda çıxış edərkən danışıb. “Mədəndə işlərin 100 faizi görülüb, artıq istifadəyə verilmək ərəfəsindədir. Bu, 2 ay ərzində baş verəcək. Mədənin fəaliyyətinə …

Davamı...

Təbrizdə koronavirus böhranı günlərində çörəyin qiymətinin artması etiraza səbəb olub

Xəbər verdiyimim kimi, ötən günlərdə Güney Azərbaycanın bir neçə şəhəri, o cümlədən Təbrizdə çörəyin qiyməti rəsmi şəkildə artırılıb. “Amerikanın səsi” bu barədə yaydığı xəbərdə bildirir ki, keçən günlərdə Təbrizdə çörəyin qiyməti 30 ilə 40 faiz arası bahalaşdırılıb. Yerli siyasətçilər, mədəni fəallar və sosial media istifadəçiləri Ramazanın ilk günləri və pandemiyanın …

Davamı...

“Ölkədə aşkarlanan 68 növ mədən maddəsindən 51 növü Qərbi Azərbaycanda mövcuddur”

Qərbi Azərbaycan Əyaləti müxtəlif mədən ehtiyatları baxımından ölkə əyalətləri arasında üçüncü yeri tutur. Bu barədə Qərbi Azərbaycan Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi Rza Babayi “Fars” xəbər agentliyinin müxbirinə danışıb. “Qərbi Azərbaycan Əyaləti müxtəlif növ mədən maddələri ehtiyatları ilə zəngindir. Bu əyalətdə çeşitli mədən məhsulları istehsal olunur. Ölkədə aşkarlanan 68 …

Davamı...

Məşhur türkiyəli müğənnidən “Traxtur” tərəfdarlarına mesaj – VİDEO

Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları bu dəfə komandanın nişanlarından olan şərfi məşhur türkiyəli müğənni və bəstəkar İsmayıl Yurdsəvənə (İsmayıl YK) göndərib. Hədiyyəni böyük rəğbətlə qarşılayan sənətkar bu barədə İnstaqram səhifəsində video paylaşıb. Şərfi boynuna asan müğənni göndərilən hədiyyəyə görə təşəkkür edib, “Traxtur” komandasına uğurlar arzulayıb. Bundan əvvəl “Traxtur” tərəfdarları …

Davamı...

Qərbi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 162 nəfər olub

İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 2407 nəfərə çatıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 162 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 58 nəfərdə infeksiya aşkarlanıb. O, …

Davamı...