Xəbər verdiyimiz kimi, son günlərdə yağıntıların artması səbəbindən “Türkmən səhra”nı sel bürüyüb.
Bəndlərin suyu dolduqdan sonra buraxılmadığı üçün nəhayət sular “Sarı su” (Qorqanrud) çayına tərəf axıb və daşqınlara səbəb olub. Yerli əhali məsulları vaxtı-vaxtında bəndlərin suyunu buraxmadığı üçün qınayır.
Təbii fəlakət nəticəsində iki uşaq həlak olub və əhalinin çox sayda mal-qarası tələf olub. Sel bölgənin infrastrukturu, yaşayış evləri və kənd təsərrüfatına da ciddi ziyan vurub.
Bir çox farsdilli mətbuat orqanının Güney Azərbaycanda baş verən təbii fəlakətlər kimi, bu hadisəni də işıqlandırmaması xüsusi diqqət çəkir.