Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 128)

Azərbaycan

Vərziğanda Qaradağ Aşıqlar Festivalı keçirilib

Güney Azərbaycanın Vərziğan şəhərində Qaradağ Aşıqlarının 3-cü Şeir və Musiqi Festivalı yekunlaşıb. Festivalda Vərziğan, Əhər, Culfa, Kəleybər, Xudafərin, Heris və Hurand şəhərlərindən göndərilən 110 şeir və musiqi əsəri qiymətləndirilib. Məlumata görə, 70 şeir əsərindən İbrahim Qiblə Arbatanın şeiri seçilmiş əsər, Mustafa İzzətinin əsəri 1-ci, İbrahim Kazimzadə ilə Kosər Nəzərinin əsərləri …

Davamı...

“Traxtur”un türkmən tərəfdarları Təbrizdə – “Perspolis”lə görüş günündə / VİDEO

Bu gün Təbrizin “Traxtur” futbol komandası Tehranın “Perspolis” komandasını səhənd stadionunda qəbul edəcək. Super liqa yarışlarının çempionunu müəyyənləşdirməkdə  böyük əhəmiyyət kəsb edən bu görüş bütün soydaşlarımız tərəfindən həssaslıqla izlənilir. Hətta “Traxtur”un bir çox türkmən tərəfdarları görüşü izləmək üçün Təbrizə gəlib. İki həftə əvvəl internetdə yayılan məlumatda qeyd olunmuşdur ki, “Türkmən …

Davamı...

Apelyasiya Məhkəməsi Abbas Lisani haqda çıxarılan 10 aylıq həbs qərarını təsdiqləyib

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqda çıxarılan həbs qərarını təsdiqləyib. Hakim Mikayıl Xubyarpur Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan 10 aylıq həbs hökmünü olduğu kimi qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin çıxardığı hökmdə qeyd olunub ki, həbs qərarında heç bir səhvə yol verilməyib, qərarın …

Davamı...

Qəzvin Əyalətinin bir çox məntəqəsində məktəb çatışmır

Güney Azərbaycanın əksər bölgələri kimi, Qəzvin Əyalətində də məktəb çatışmazlığı problemi yaşanır. Bu barədə Qəzvin Təhsil Şöbəsinin rəisi Xeyrulla Rəhmani aprelin 30-da keçirdiyi mətbuat konfransında danışıb. “Qəzvin Əyalətinin bir çox məntəqəsi, hətta əyalətin mərkəzində məktəb çatışmazlığı var. Bu problem yeni salınmış şəhərciklərdə daha ciddidir. Vilayət, Sərtək, “Molla Sədra” və Punək …

Davamı...

Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var

Urmiyənin İran parlamentiundəki millət vəkili Nadir Qazipur Urmu gölünün bərpası üçün canlandırma işlərinin davam etməsini istəyib. O bu barədə çərşənbə axşamı günü Qərbi Azərbaycan Texniki Universitetində su sənayesi üzrə yeni texnologiya mövzusunda keçirilən tədbirdə danışıb. “Urmu gölünün normal vəziyyətə çatması üçün 14 milyard kubmetr həcmində su olmalıdır. Ona görə də …

Davamı...

Xalxalın Daşımaçılıq və Yol İdarəsinin rəisi saxlanılıb

Ərdəbil prokuroru Xalxal Şəhər Daşımaçılıq və Yol İdarəsinin rəisinin saxlandığını bildirib. Nasir Ətəbati bu barədə aprelin 30-da “İrna” xəbər agentliyinə danışıb. Prokuror rəisin adını çəkmədən onun maliyyə pozuntuları ilə əlaqədar saxlandığını qeyd edib. Onun sözlərinə görə, hal-hazırda idarə rəisinin dosyesi araşdırılır. Xalxal məsullarından daha biri bu barədə “İrna” xəbər agentliyinə …

Davamı...

Həmədanda taksilərin gediş haqqı artıb

Həmədan Bələdiyyə İdarəsinin Daşımaçılıq və Taksi Xidmətinin müdiri şəhərdə taksilərin gediş haqqının bahalaşdığını bildirib. “Cavan Müxbirlər Klubu”nün yaydığı məlumata görə, Milad Kərimi bütün marşrutlar üzrə yeni qiymətlərin taksilərin şüşəsinə yapışdırıldığını deyib. Onun sözlərinə görə, taksilərdə gediş haqqı 25 faizdən 30 faizədək bahalaşıb. “Həmədan şəhərinin Ticarət, Mədən və Sənaye Təşkilatı, Şəhər …

Davamı...

“Dövlət şimal-qərbın iqtisadiyyat və sənayesinin idarəçiliyini Təbrizə tapşırmalıdır”- azərbaycanlı millət vəkili

Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar Şərqi Azərbaycanda istehlakçıların hüquqlarını müdafiə edənlərin keçirdiyi tədbirdə bölgənin iqtisadiyyatı ilə bağlı önəmli məsələlərə toxunub. İstehsalın əhəmiyyətini vurğulayan millət vəkili bildirib ki, istehlakçıların hüquqlarına riayət etmək yalnız istehsalın artması və rəqabət mühitinin yaradılması ilə mümkündür. “Şərqi Azərbaycan Əyalətində dövlət …

Davamı...

“Savalan igidləri” nəşriyyatının uşaq kitabları Tehran sərgisindən yığışdırılıb

32-ci Tehran Beynəlxalq Kitab Sərgisində türkcə kitablara yer verilmir. Məlumata görə, sərgi məsulları aprelin 29-da türkcə uşaq kitablarını “Savalan igidləri” nəşriyyatı povilyonundan yığışdıraraq onlarla kitabı Azərbaycan uşaqları üçün əlçatmaz ediblər. Türkcə uşaq kitabları nəşr edən “Kirpi” nəşriyyatına da Tehran Müsəllasında keçirilən sərgiyə qatılmaq üçün icazə verilməyib. Oxşar hadisə 2018-ci ilin …

Davamı...

Urmiyə Universitetinin öyrənciləri Türkiyə komandasının qələbəsini belə qarşıladı – VİDEO

Ərzurum Atatürk Universiteti komandasının İraqın kürd bölgəsində yerləşən Səlahəddin Universitetinin komandasını məğlub etməsi azərbaycanlı öyrəncilərin böyük sevincinə səbəb olub. Aprelin 28-də futzal üzrə “Urmiyə Universitetinin Beynəlxalq Turniri” çərçivəsində keçirilən görüşdə Türkiyə komandası 4:2 hesabı ilə qalib gəlib. Oyub boyu türk öyrəncilərini dəstəkləyən güneyli öyrəncilər Atatürk Universitetinin komandası qalib gəldikdən sonra …

Davamı...