Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 131)

Azərbaycan

Ərdəbil Əyalətində yerləşən bu şəhərin də adı farslaşdırıldı

İran rejiminin Güney Azərbaycan türk millətini hədəfə aldığı asimilasyon siyasəti bütün yönləri ilə davam edir. Son məlumata görə, Ərdəbil Əyalətində yerləşən Parsabadın “Təzə kənd” şəhərinin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. İran mediasında yayılan məlumata görə, bu barədə Nazirlər Kabineti, Daxili İşlər Nazirliyinin təklifi əsasında qərar qəbul edib. Yeni …

Davamı...

Güney Azərbaycan şəhərlərinə güclü qar yağıb: Vərziğanda qarın hündürlüyü 6 metrə çatıb

Üç gündür ki, Güney Azərbaycanın bir çox şəhər və kəndində, o cümlədən Ərdəbil Əyaləti, Şərqi və Qərbi Azərbaycan, eləcə də Zəncan Əyalətində yağıntılı hava şəraiti hökm sürür, bir çox məntəqələrdə intensiv qar yağıb. Ən çox qar Şərqi Azərbaycanın Vərziğan məntəqəsində müşahidə olunub. Məlumata görə, bölgənin yüksək dağlıq ərazilərində qarın hündürlüyü …

Davamı...

Asimilasyon siyasəti daha da güclənir: Qeyri-fars uşaqlar üçün 4 yaşından məcburi olaraq fars dili tədris olunacaq

İranın təhsil nazirinin müavini qeyri-fars bölgələrində iqtisadi və mədəni imkanların az olduğunu etiraf edərək bu məntəqələrdə uşaqlara 4 yaşından məcburi olaraq fars dilinin tədris olunacağını bildirib. Bu barədə təhsil nazirinin ibtidai təhsil üzrə müavini xanım Rizvan Həkimzadə “Mehr” xəbər agentliyinə danışıb. Birinci sinfə daxil olan qeyri-fars uşaqların “fars dilində söhbətləri …

Davamı...

Möhsün Fruzan İnzibati Komitənin iclasına qatılıb, Onun şikayətinə klub sahibi belə münasibət bildirib…

Aprelin 12-də Rəştdə keçirilən Təbrizin “Traxtur” futbol komandasının görüşündə qapıçı Möhsün Fruzan şübhəli hərəkətləri ilə diqqət mərkəzinə gəlib, bütün “Traxtur” tərəfdarları və bir çox ekspertin müşahidəsinə görə o açıq-aşkar xəyanət edib və bunun nəticəsində Azərbaycan komandası böyük hesabla “Sepid rud”a məğlub olub. Futbolçunun xəyanəti ilə bağlı “Traxtur” tərəfdarlarından əlavə Təbriz …

Davamı...

Xoy şəhərində səyyar satıcı bələdiyyə məmurlarının hücumuna məruz qalıb – VİDEO

Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcılar və küçə ticarəti ilə məşğul olanlara qarşı təhqiramiz hərəkətləri və onları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb. Bu dəfə Xoy şəhərinin küçələrində meyvə satan bir səyyar satıcı Bələdiyyə İdarəsinin “sədd-i məbər” məmurlarının hücumuna məruz qalıb. Məmurlar satıcıya hücum edərək onun əşyalarını …

Davamı...

Nadir Qazipur: Nə üçün məktəblərdə türk dili tədris olunmur?

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur türk dilində kütləvi informasiya vasitələrinin olmaması, bu dilin məktəblərdə tədris olunmaması və Urmu gölü böhranı ilə bağlı hökuməti tənqid atəşinə tutub. O bu barədə parlamentdə çıxışı zamanı danışıb. “Nə üçün Mədəniyyət və İslami İrşad Nazirliyi ölkə üzrə yayımlanan qəzetin nəşr olunmasına razılıq vermədi?! …

Davamı...

Səhənd stadionunda saxlanılan “Traxtur” tərəfdarından daha ikisinin kimliyi müəyyənləşib, onlardan biri zindana aparılıb

GünAz TV: Xəbər verdiyimiz kimi, aprelin 19-da Təbrizin “Traxtur” futbol klubu “Peykan” komandasını səhənd stadionunda qəbul edib. Görüş zamanı bir çox “Traxtur” tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onların arasında Culfadan olan Səid Sərahi və Makıdan olan Adnan Əzizi də var. Adnan Əzizi Oyun bitdikdən sonra stadionu tərk edərkən saxlanılan Səidin …

Davamı...

Səhənd Məalinin 10 aylıq həbs cəzası təsdiqlənib

Güney Azərbaycanın Sarab şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinin 10 aylıq həbs cəzsə Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib. Məlumata görə, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi, Sarab inqilab Məhkəməsinin fəal barəsində çıxardığı 10 aylıq həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb. Azərbaycanlı fəalın “müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” …

Davamı...

Səccad Monadinin 1 illik həbs cəzası təsdiqlənib

Ərdəbil Şəhər Apelyasiya Məhkəməsi Muğanın Parsabad şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin 1 illik həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb. Məlumata görə, Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən aprelin 18-də Səccad Monadiyə göndərilən hökmdə həbs cəzasının təsdiqləndiyi və etirazın rədd olunduğu qeyd olunub. Hökmdə qərarın təsdiq olunmasına səbəb kimi, Parsabad …

Davamı...

İrşad İdarəsinin kürd terroruna qurban gedənlərə hörmətsizliyi etiraza səbəb olub- Sulduzda

Sulduz Şəhər İslami İrşad İdarəsi kürd terror qruplaşmasının qətliam törətdiyi bir gündə radikal bir kürd şairinə yaradıcılıq gecəsi keçirməsi soydaşlarımızın kəskin etirazına səbəb olub. Məlumata görə, İrşad İdarəsi aprelin 20-də terror qruplaşması “Kürdistan Demokrat Partiyası”nın Sulduzda törətdiyi cinayətlərinin ildönümündə hər kəsin radikal bir kürd kimi tanıdığı şairə yaradıcılıq gecəsi keçirib. …

Davamı...