Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 149)

Azərbaycan

Həmədanda boşanma halları sürətlə artır

Güney Azərbaycan Əyalətləri, o cümlədən Həmədan Əyalətində müxtəlif problemlərdən dolayı boşanma halları artır. Bu barədə Həmədan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mustafa Azadbəxt idman şurası və gənclərin işləri üzrə mərkəzə baxış keçirərkən danışıb. Əyalətdə əhalinin gündəlik idmanla məşğul olması üçün lazımi imkanların yaradılması və bunun üçün mədəni xidmətlərin …

Davamı...

“Azərbaycan Mədəniyyət Ocağı” fəaliyyətə başlaması üçün lisenziya alıb- Urmiyə Universitetində

Urmiyə Universitetində “Azərbaycan Mədəniyyət Ocağı” fəaliyyətə başlaması üçün ali təhsil müəssisəsinin rəhbərliyindən lisenziya alıb. Azərbaycanlı öyrəncilər bundan əvvəl qurumun fəaliyyətə başlaması üçün universitet rəhbərliyindən icazə tələb etmişdir. Məlumata görə, artıq universitetin mədəniyyət bölümü tələblə bağlı razılıq verib. “Azərbaycan Mədəniyyət Ocağı” Azərbaycanla bağlı ictimai-mədəni sahədə fəaliyyət göstərmək istəyən öyrənciləri quruma cəlb …

Davamı...

Xoy şəhərinin millət vəkili Tehranda ermənilərin qarabağla bağlı qaldırdığı qondarma plakata etiraz bildirib

Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olub. Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy və Çaypara şəhərlərinin millət vəlili Tağı Kəbiri baş …

Davamı...

Qərbi Azərbaycan: Bukanda saxta alkoqollu içkilərdən 11 nəfər zəhərlənib, onlardan 2-i ölüb

Qərbi Azərbaycan Əyalətinin Bukan şəhərində saxta yolla hazırlanmış alkoqollu içkilər 11 nəfərin zəhərlənməsinə səbəb olub, onlardan 2-nin öldüyü bildirilir. Bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Baqir Bəhrami “Mehr” xəbər agentliyinə danışıb. “Bukanda 11 nəfər əldəqayırma yolla hazırlanmış saxta alkoqollu içkilərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlardan 2-i ölüb, 4-ü …

Davamı...

Zəncan Əyalətində 3 nəfərlik ailənin qətlə yetirilməsi işinə ən qısa zamanda baxılacaq – Prokuror

Bir müddət əvvəl Zəncan Əyalətinin Xudabəndə şəhərində 3 nəfərlik bir ailənin faciəvi şəkildə qətlə yetirilməsi bölgə əhalisinin narahatlığına səbəb olub. “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Zəncan Əyaləti Ədliyyə İdarəsinin rəisi Sadiqi Niyarəki bu məsələyə toxunaraq əməliyyat tədbirləri nəticəsində bir nəfərin şübhəli şəxs qismində saxlandığını, onun ən qısa zamanda məhkəmə …

Davamı...

Təbrizdə mobil mağazaları fəaliyyətini dayandırıb

Martın 4-də Təbrizdə mobil telefonu satan mağazalar telefonların qeydiyyata alınması qərarına etiraz olaraq bağlanıb. “İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Mağaza sahibləri iş yerlərini bağladıqdan sonra Təbriz bazarında bir araya gəliblər. “Mobil telefonlarının qeydiyyata alınması qərarı bir çox problem yaradıb, şirkətlər telefon idxal edə bilmir. Bizdə isə satışa çıxartmaq üçün …

Davamı...

Qərbi Azərbaycanda 600 mindən çox əhali şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır

Qərbi Azərbaycan Səhiyyə Xidmətləri və Tibb Fakultetinin rəisi Cavad Ağazadə təmsil etdiyi əyalətdə şəhər həndəvərində yaşayan əhalinin vəziyyəti haqda danışıb. O Qərbi Azərbaycan Səhiyyə Xidmətləri və Tibb Fakultetinin bu məsələ ilə bağlı aidiyyatı idarələrlə keçirdiyi iclasda bu barədə çıxış edib. “Qərbi Azərbaycanda 600 min nəfərdən çox əhali şəhər həndəvəri və …

Davamı...

Germidə partlayış baş verib: 2 ölü, 2 yaralı

Ərdəbil Əyalətinin Germi məntəqəsində bir yaşayış evində məişətdə istifadə edilən təbii qaz balonu partlayıb. Hadisə Germinin Bildaşı kəndində baş verib. Partlayış nəticəsində 2 nəfər ölüb, iki nəfər isə yanıq xəsarətləri alıb. Bu barədə Ərdəbil Əyaləti Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi Dr. Məcid Məhəmməd Qəribani martın 4-ü axşam saatlarında jurnalistlərə məlumat …

Davamı...

Divarlara qrafit texnikası ilə Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – Ərdəbildə

Ay yarımdan çoxdur Təbrizdə tutulan Abbas Lisaninin qeyri-müəyyən vəziyyətdə saxlanmasına qarşı etirazlar davam edir. Son məlumata görə, Ərdəbildə divarlara tanınmış fəalın azadlığa buraxılmasını tələb edən bir çox şüar yazılıb. Fəalın qarafit texnikası ilə çəkilən fərqli ölçülərdə şəkillərinin altında “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Savalan tək arxandayıq” və s. kimi sözlərə …

Davamı...

Ermənilərin anti-Azərbaycan hərəkətinə şiə imam cümələri susduğu halda, sünni imam cümə etiraz bildirdi

Ermənilərin Tehranda Nikol Paşinyanla görüşdə  “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması bir çox güney azərbaycanlının etirazına səbəb olsa da, din xadimlərinin bu məsələyə səssiz qalması xüsusi diqqət çəkir. Əslində Bicar şəhərinin sünni imam cüməsi Tehranın “Ararat” klubunda sözügedən plakatın qaldırılmasını qınayıb. Mamusta Əbdulsəlam Məhəmmədi bu barədə bəyanat yayaraq Azərbaycanın …

Davamı...