Bazar , 5 May 2024
Ana səhifə / Tag Archives: Ərdəbil (page 2)

Tag Archives: Ərdəbil

Güney azərbaycanlı fəal Yusif Kari 2 il həbs cəzasına məhkum edilib

Təbriz Şəhər Şurasının rəis müavini təmsil etdiyi şəhərin havasının çirkləndirilməsi barədə həyəcan təbili çalır. Soniya Əndiş bu barədə fevralın 25-də jurnalistlərin qarşısında çıxış edib. “Fevralın 24-də Təbriz Şəhər Şurasının keçirdiyi iclasda Elektrik Stansiyasının mazotdan istifadə etməsi və bundan dolayı havanın çirkləndirilməsini müzakirə etdik. Qərara gəldik ki, bu məsələ valilik tərəfindən …

Davamı...

Meşginşəhrdə antik əşyalar tapılıb

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində 10 ədəd tarixi və antik əşya tapılıb. Bu barədə Meşginşəhr Şəhər Polis İdarəsinin rəisi polkovnik Keyvan Zərrinkolah fevralın 4-də jurnalistlərə məlumat verib. “Verilən məlumatlar əsasında Namaz meydanında yerləşən bir evdə antik əşyaların saxlandığı məlum oldu. Bundan sonra məhkəməyə xəbər verildi. Polis qanuni şəkildə tarixi əşyaların …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb

Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq sərbəst buraxılıb. O 30 milyon tümənlik mülki vəsiqə qarşılığında yanvarın 16-da azad edilib. Mehrdad Şeyxi yanvarın 8-i Təbriz vaxtı ilə saat 09:30-da hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib, …

Davamı...

Abbas Lisaninin sonuncu saxlanmasından bir il keçdi

Tanınmış güney azərbaycxanlı milli-mədəni fəal Abbas Lisaninin sonuncu saxlanmasından bir il keçdi. Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra onun təhlükəsizlik və məhkəmə …

Davamı...

Güney azərbaycanlı fəal Mehrdad Şeyxi Ettelaat İdarəsinin təcridxanasında saxlanılır

Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi Ərdəbil Ettelaat İdarəsinin təcridxanasında saxlanılır. Bu barədə fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. O ailəsinə tapşırıb ki, şəxsi avtomobilini təhvil almaq üçün Ərdəbilin Zərnas şəhərciyində yerləşən məhkəmə orqanına (dadsəra) müraciət etsinlər. Məlumata görə, ailəsi fəalın saxlanmasının səbəbini soruşub, lakin …

Davamı...

Polis İdarəsinin kəşfiyyat bölümünə çağırılan güney azərbaycanlı fəal dindirilərək təhdid edilib

Ərdəbildə güney azərbaycanlı milli-mədəni fəal və şair Mehdi Hamid Soltani Polis İdarəsinin kəşfiyyat bölümündə dindirilərək təhdid edilib. Məlumata görə, yanvarın 11-də azərbaycanlı fəal mağazasının “lisenziya problemi” bəhanəsi ilə İctimai Məkanlara Nəzarət İdarəsinə (“Əmakin”) çağırılıb. O idarəyə müraciət etdikdən sonra kabinetlərdən birinə aparılıb və orada Polis İdarəsinin kəşfiyyat əməkdaşları tərəfindən sorğu-suala …

Davamı...

Rəhim Qulami milli-mədəni fəal Yusif Kariyə həsr etdiyi şeirdə mübarizə yolunda dirənişə təkid edib

Ərdəbil zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami öz əqidədaşı Yusif Kariyə şeir həsr edib. Şeirdə mübarizə yolunda dirənişə təkid olunub. Məzmunca inamlı mübarizəni tərənnüm edən şeirdə vurğulanıb ki, bizim mübarizəmiz yeni mərhələyə qədəm qoyub. Artıq zindanın içi və ya çölü bizim üçün eyndir. …

Davamı...

Meşginşəhrdə baş verən yol qəzasında 4 Azərbaycan vətəndaşı ölüb

Ərdəbil Əyalətində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Qəzada 4 Azərbaycan Respublikasının vətəndaşı həyatını itirib. Yanvarın 5-də Meşginşəhr (Xiyav) məntəqəsində yerləşən Rəzi şəhərinin 5 kilometrliyində “Pejo” və “Səmənd” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 4 sərnişin ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ərdəbil-Muğan Yol Polisi İdarəsinin …

Davamı...

Bir qrup milli-mədəni fəal həbsdə olan tanınmış fəal Abbas Lisaninin ailəsi ilə görüşüb

Cümə günü bir qrup Ərdəbilli milli-mədəni fəal hazırda həbsdə olan tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsini ziyarət edib. Abbas Lisani yanvarın 15-də qeyri-qanuni və əsassız ittihamlarla İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. İnsan haqları təşkilatları dəfələrlə onun qanunsuz həbsinə qarşı bəyanat yayıblar. Eləcə də, müxtəlif ictimai-siyasi, həmçinin mədəni və idman tədbirlərində …

Davamı...

Güney azərbaycanlı fəal Meysəm Colani müvəqqəti azadlığa buraxılıb

Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Meysəm Colani müvəqqəti azadlığa buraxılıb. Fəal dekabrın 9-da 150 milyon riallıq vəsiqə qarşılığında təcridxanadan azad edilib. Azərbaycanlı fəalın məhkəmə tərəfindən “iğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq” kimi qondarma ittihamla üzləşdiyi bildirilir. Meysəm Colani noyabrın 18-də İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlar zamanı saxlanılaraq …

Davamı...