Cümə , 3 May 2024
Ana səhifə / Tag Archives: Ettelaat (page 5)

Tag Archives: Ettelaat

Ərdəbil zindanında saxlanılan Mojqan Siyaminin qeyri-müəyyən vəziyyətdə saxlanması davam edir

Güney azərbaycanlı şair, yazıçı və jurnalist xanım Mojqan Siyami 4 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Türk və fars dillərində nəşr olunan “Saray” nəşriyyəsinin müdir-məsul və yazıçısı 4 ay əvvəl Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Ərdəbilin Mərkəzi Zindanına intiqal edilib. Onun son vəziyyəti barədə etibarlı bir mənbə Siyasi …

Davamı...

Azərbaycanlı fəallar Həkimə Əhmədinin ailəsi ilə görüşüb

Bir qrup güney azərbaycanlı milli-mədəni fəal Marağa zindanında saxlanılan xanın Həkimə Əhmədinin ailə üzvləri ilə görüşüb. İyulun 12-də baş tutan görüşdə Təbriz, Binab, Qoşaçay və Marağadən gələn fəallar Əhmədi ailəsi ilə söhbətləşərək  fəalın məhkəmə işi ilə maraqlanıblar. Ailəsi ilə görüş keçirildiyini eşidən Həkimə Əhmədi fəallar görüşdən qayıtdıqdan bir neçə dəqiqə …

Davamı...

Babək Vəlipur müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur zaminə buraxılıb. O mayın 25-də Tehranda Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır. Azərbaycanlı fəalın 37 gün saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxıldığı bildirilir. Fəal saxlandığı zaman etibarlı bir mənbə bu barədə GünAz TV-yə məlumat vermişdir. “Babək Vəlipurla Yaşar Nikru görüşməli idi. Lakin Babək …

Davamı...

Sulduzda saxlanılan fəalların yaxınları ilə görüşünə qadağa qoyulub

Urmiyə Ettelaat İdarəsinin əməkdaşları Sulduzda saxlanılan iki güney azərbaycanlı fəalın yaxınları ilə görüşünə qadağa qoyulduğunu bildirib. Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin Ettelaat İdarəsinə aparılıb. Fəalların saxlanmasından 17 gün keçməsinə baxmayaraq ailələri onların hansı səbəbdən tutulduğu və vəziyyəti haqda heç bir məlumat əldə …

Davamı...

Təxminən bir həftə əvvəl saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjaddan heç bir xəbər olmaması onun ailəsinin nigaranlığına səbəb olub. Fəal iyulun 2-də öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb. O qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına intiqal edildiyini bildirmişdir. Fəalın ailəsi həmin telefon əlaqəsindən başqa onunla bağlı heç bir …

Davamı...

“Babək qalası”nda polis nəzarəti gücləndirilib – VİDEO

Xəbər verdiyimiz kimi, “Babək qalası” yürüşünün ildönümü günlərində Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəallar təhlükəsizlik orqanları tərəfindən təhdid edilərək idarəyə çağırılıb, onlara yürüşə qatılmasınlar deyə xəbərdarlıq edilib. Məlumata görə, fəallara qarşı təzyiqlər 10 gün əvvəldən başlayıb, iyulun 5-də isə “Babək qalası” və ətraf ərazilərdə polis nəzarəti gözəçarpan dərəcədə artıb. “Babək …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəalın iyulun 2-də Təbrizin Fəcr məhəlləsində yerləşən öz iş yerində saxlandığı bildirilir. Onun harada saxlandığı, həmçinin tutuqlanmasının səbəbi barədə hələlik heç bir məlumat yoxdur. Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə …

Davamı...

Həbsxanada döyülən Mehdi Kuxiyan zindanın karantin bölümünə köçürülüb

Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyan həbsxanada döyülüb, onun yaralandığı bildirilir. Azərbaycanlı fəal Məlikan prokuroru Mehdi Əlimuradi ilə mübahisə etdikdən sonra Ş.Tütünçü adlı bir məhbus tərəfindən döyülüb. Aldığı zərbələrdən yaralanan fəal poliklinikaya aparılmaq yerinə zindanın karantin bölümünə köçürülüb. Kuxiyan ailəsinə …

Davamı...

Güney azərbaycanlı fəal Müctəba Pərvin 3 ay azadlıqdan məhrum edilib

Güney Azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub. Fəal o halda belə bir ittihamla üzləşib ki, iyunun 16-da məhkəmə …

Davamı...

Evin zindanında saxlanılan iki güney azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Tehranın Evin zindanında saxlanılan iki güney azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib. Tohid Əmir Əmini və Kiyanuş Aslani saxlandıqdan 4 ay sonra iyunun 23-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində mühakimə olunub. Hakim Maşallah Əhmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında Ettelaat İdarəsinin eskpertləri də iştirak edib. Tohid Əmir Əmini və Kiyanuş …

Davamı...