Cümə , 3 May 2024
Ana səhifə / Tag Archives: Ettelaat (page 3)

Tag Archives: Ettelaat

Saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri təhdid edilir – Ərdəbildə

Ərdəbil şəhərində noyabr etirazları zamanı saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilir, onlardan bəziləri iş yerindən çıxarılıb. Təhlükəsizlik qüvvələri fəalların ailəsini təhdid edərək onlara əzizlərinin saxlandığı barədə xəbər yaymaqla bağlı xəbərdarlıq ediblər. Məlumata görə, “Sepah” və Ettelaat əməkdaşları Azərbaycanın müxtəlif şəhərlərində tutulan fəalların ailə üzvləri ilə …

Davamı...

Təbriz İnqilab Məhkəməsinin hakimi güney azərbaycanlı fəalların ailəsinə xitabən deyib: Saxlanılanlar edam ediləcək

Təbriz İqilab Məhkəməsinin hakimi (bazpors) İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlarla bağlı saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri ilə danışığında gözlənilməz açıqlama verib. Məlumata görə, Babək Hüseyni Müqəddəmin ailəsi noyabrın 7-də fəalın qanunsuz saxlanması və onun vəziyyəti ilə bağlı məlumat almaq üçün Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə müraciət edib, …

Davamı...

Həbsdə olan güney azərbaycanlı fəal məhkəməyə çağırılıb

Güney azərbaycanlı millli-mədəni fəal Yusif Kari Ərdəbilin İnqilab Məhkəməsinə çağırılıb. 3 aydan çoxdur həbsdə olan azərbaycanlı fəal dekabrın 10-da məhkəməyə müraciət etməlidir. O “bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq və ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə qövmlərlə bağlı qrupun iclaslarına qatılmaq və qrupda üzv olmaq” ittihamı ilə mühakimə olunacaq. Yusif Kari …

Davamı...

Tehranda tutulan 3 güney azərbaycanlı fəalın harada saxlandığı məlum olub

Noyabr ayında Tehranda tutulan 3 güney azərbaycanlı milli-mədəni fəalın harada saxlandığı məlum olub. Məlumata görə, Mənsur Fəthi, Əli İbrahimi və Saleh Ekrami ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanının 209-cu korpusunda saxlandıqlarını bildiriblər. 209-cu korpus qeyri-rəsmi şəkildə Ettelaat Nazirliyinin nəzarəti altındadır, bu korpusa yalnız ağır cinayətlərdə ittiham olunan şəxslər …

Davamı...

Güney azərbaycanlı fəal Yaşar Nikru məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikru Rəştin İnqilab Məhkəməsinə çağırılıb. Rəşt İnqilab Məhkəməsinin 14-cü şöbəsi (Dadsəra) noyabrın 30-da fəala çağırış vərəqəsi göndərərək ondan 5 gün ərzində məhkəməyə müraciət etməsini istəyib. Son məlumata görə, Yaşar Nikru bu gün məhkəməyə müraciət edib və məhkəmə iclasına qatılaraq irəli sürülən ittihamlarla bağlı özünü müdafiə …

Davamı...

Sürgündə olan güney azərbaycanlı fəal Siyamək Mirzayi məhkəmə iclasına qatıla bilməyib

Cənubi Xorasan Əyalətinin Qain şəhərində sürgün həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Tehranda keçirilən məhkəmə iclasına qatıla bilməyib. Məlumata görə, məhkəmə iclası dekabrın 1-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində təşkil olunub.  Azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün hakim Əfşarın sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak edə bilməyib. Siyamək Mirzayi …

Davamı...

Mehrdad Şeyxi Ərdəbil zindanından müvəqqəti olaraq azadlığa buraxılıb

Noyabrda keçirilən aksiyalar zamanı Ərdəbildə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb. Azərbaycanlı fəal 8 gün Ərdəbil Ettelaat İdarəsinin təcridxanası, 2 gün isə Ərdəbil zindanında saxlandıqdan sonra şənbə günü sərbəst buraxılıb. O 30 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdbil zindanından azad edilib. Noyabrın 20-də Ərdəbildə atası …

Davamı...

Güney azərbaycanlı fəal Səccad Sedqi müvəqqəti olaraq sərbəst buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Səccad Sedqi ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o iki gün təhdid və təzyiqlər altında saxlandıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb. GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı fəal noyabrın 21-də Təbrizdə saxlanılaraq Ettelaat İdarəsinin təcridxanasına aparılıb. Fəal iki gün təhdid edilərək dindirildikdən sonra …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb

Meşkinşəhr (Xiyav) sakini olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb. Fəal noyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Meşkinşəhrin 11-ci polis bölməsinə aparılıb. Noyabrın 19-da məhkəməyə aparılan azərbaycanlı fəal sonra Ərdəbil Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib. Siyamək Seyfinin hansı səbəbdən saxlandığı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Xəbər verdiyimiz kimi, …

Davamı...

Təbrizdə mühəndis Qulamrza Əmaninin vəfatının növbəti ildönümündə bir neçə milli-mədəni fəal saxlanılıb

Təbriz şəhərində mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar çox sayda fəal saxlanılıb. Güney azərbaycanlı milli-mədəni fəallar oktyabrın 25-də Ettelaat İdarəsinin əməkdaşları tərəfindən tutulub. Bu saata qədər saxlanılan fəallardan 6-nın kimliyi müəyyən edilib: Cəlil Bəyməhəmmədi, Rəsul Rəzəvi, Yusif Rəzəvi, Babək Hüseyni Müqəddəm, Şəhruz Bərzgər və Şahin Bərzgər. …

Davamı...