Cümə , 3 May 2024
Ana səhifə / Tag Archives: Ettelaat (page 4)

Tag Archives: Ettelaat

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlirin saxlanma SƏBƏBİ

Xəbər verdiyimiz kimi, Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlir sentyabrın 22-də Təbrizin Qətran məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Araşdırmalardan sonra məlum olub ki, Y.Hüseynzadə Dəlir digər türk öyrəncilərlə birlikdə türk dili və ədəbiyyatı ixtisasının gücləndirməsi istiqamətində atdıqları addımlara görə təhlükəsizlik orqanlarının qəzəbinə tuş …

Davamı...

Müctəba Pərvinin 3 aylıq həbs qərarı təsdiqləndi

Ərdəbil Ədliyyə İdarəsi Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin haqda Ərdəbil 2 nömrəli Məhkəməsinin çıxardığı 3 aylıq həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Apelyasiya məhkəməsinin iclası hakim Nasir Ətəbatinin sədrliyi ilə keçirilib. Azərbaycanlı fəal avqustun 18-də Ərdəbil Ümumi və Hüquqi Məhkəməsinin 9-cu şöbəsində mühakimə olunub. O dövlət …

Davamı...

Məhsa Mehdili: Siyasi məhbuslarımızı müdafiədə yetərsiz qalmışıq

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözcüsü və siyasi fəal Məhsa Mehdili “Amerikanın Səsi” ilə söhbətdə son vaxtlar Güney  Azərbaycan və Tehranda türk fəallara qarşı artan basqıları dəyərləndirib. Mehdili milli hərəkata mənsub qüvvələr tərəfindən siyasi məhbuslara verilən dəstəyin həm humanitar cəhətdən, həm də ortaq siyasi hədəflər üçün effektivlik baxımdan yetərli …

Davamı...

Səccad Sedqi Təbrizdə saxlanılıb və təhdid olunub

Güney azərbaycanlı milli-mədəni fəal Səccad Sedqi Təbrizdə saxlanılıb, o bir neçə saat təhdidlər altında  dindirildikdən sonra sərbəst buraxılıb. Bu barədə etibarlı bir mənbə GünAz TV-yə məlumat verib. “Səccad Sedqi avqustun 7-i yerli vaxtla saat 8 radələrində Təbrizdə iş yerinə gedərkən yaxalanıb, o Saib xiyabanında yerləşən Ettelaat Şöbəsinin təcridxanasına aparılıb.”- deyə …

Davamı...

Ruhulla Əhmədnəjad mülki vəsiqə qərarı ilə sərbəst buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal 150 milyon tümənlik mülki vəsiqə qərarı ilə Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb. Fəal avqustun 3-də 32 gün saxlandıqdan sonra müvəqqəti olaraq azad edilib. O Təbriz Ettelaat İdarəsinin təcridxanasında 1 ay saxlandıqdan sonra avqustun 1-də Təbriz Mərkəzi Zindanının karantin bölümünə köçürülmüşdür. Məhkəmə azərbaycanlı fəalın “ölkəyə müxalif olan …

Davamı...

Güney azərbaycanlı fəal Aydın Zakiri saxlanılıb

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində milli-mədəni fəal Aydın Zakiri saxlanılıb. Onun yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri avqustun 1-də fəalın iş yerinə müraciət edərək onu saxlayıblar. Deyilənlərə görə, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəal və onun yaxınlarının müqaviməti ilə üzləşib, nəticədə qarşıdurma yaranıb. Fəala qarşı güc tətbiq edən …

Davamı...

Mehdi Kuxiyan dodaqlarını tikərək aclıq aksiyasına başlayıb – Marağa zindanında

Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyan dodaqlarını tikərək aclıq aksiyasına başlayıb. Fəalın iyulun 30-u səhər saatlarından aclığa başladığı bildirilir. Azərbaycanlı fəal mədə xəstəliyinin müalicə olunmasına imkan verilməməsi, zindan məmurları tərəfindən döyülməsi ilə bağlı şikayətinə baxılmaması (bundan əvvəl döyülməsi ilə bağlı …

Davamı...

Təbrizdə saxlanılan Ruhulla Əhmədnəjad barəsində yeni xəbər

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad saxlanıldıqdan 20 gün sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasında olduğunu və vəziyyəti barədə məlumat verib. Ötən həftə ailəsinə zəng edənə qədər onun vəziyyəti  barədə heç bir məlumat olmayıb. Fəalın ailə üzvlərindən birisi bildirib ki, R.Əhmədnəjad işgəncə ilə bağlı heç …

Davamı...

Təxminən iki həftə əvvəl Təbrizdə saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjadın saxlanmasından təxminən iki həftə keçməsinə baxmayaraq onun barəsində heç bir məlumat yoxdur. Bu vəziyyət fəalın ailəsinin nigaranlığına səbəb olub. Fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb. O tutulduqdan sonra qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına …

Davamı...

Həkimə Əhmədi Marağa zindanında aclıq aksiyasına başlayıb

Güney azərbaycanlı milli-mədəni fəal xanım Həkimə Əhmədi Marağa zindanında aclıq aksiyasına başlayıb. O saxlanılmasının 10-cu ayında aclığa başlayıb. H.Əhmədi Binab (Bin Ev) Ədliyyə Şöbəsinə ünvanladığı məktubda qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz olaraq iyulun 13-dən aclıq aksiyasına başladığını elan edib. İyulun 12-də bir qrup güney azərbaycanlı fəal H.Əhmədinin ailəsinin görüşünə getmişdir. Təbriz, …

Davamı...