Bazar ertəsi , 6 May 2024
Ana səhifə / Tag Archives: Evin (page 2)

Tag Archives: Evin

Güney azərbacanlı öyrənci Məleykə Qaragözlü müvəqqəti azadlığa buraxılıb

Tehranda Əllamə Təbatəbayi Universitetində jurnalistka ixtisası üzrə təhsil alan Məleykə Qaragözlü təcridxanadan müvəqqəti sərbəst buraxılıb. Güney azərbaycanlı öyrənci 600 milyon riallıq vəsiqə qarşılığında dekabrın 1-də Evin zindanından azad edilib. Məleykə Qaragözlü benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı yaxalanmışdır, o sərbəst buraxılanadək Evin zindanının “Sepah”ın kəşfiyyat mərkəzinə məxsus bölümündə …

Davamı...

Sürgündə olan güney azərbaycanlı fəal Siyamək Mirzayi məhkəmə iclasına qatıla bilməyib

Cənubi Xorasan Əyalətinin Qain şəhərində sürgün həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Tehranda keçirilən məhkəmə iclasına qatıla bilməyib. Məlumata görə, məhkəmə iclası dekabrın 1-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində təşkil olunub.  Azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün hakim Əfşarın sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak edə bilməyib. Siyamək Mirzayi …

Davamı...

Ali Məhkəmə güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində çıxarılan hökmü təsdiqləyib

İran Ali Məhkəməsinin 11-ci şöbəsi noyabrın 16-da güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində hökm çıxarıb. Ali Məhkəmə, birinci və apellyasiya instansiyası məhkəmələrinin zəncanlı öyrənci barəsində çıxardığı ağır həbs və şallaq hökmünü olduğu kimi qüvvədə saxlayıb. Bu barədə Pərisa Rəfiinin anası Twitter səhifəsində məlumat paylaşıb. Bildirilir ki, İslam Cəza Qanununun …

Davamı...

Güney azərbaycanlı fəallar mühəndis Siyamək Mirzayinin görüşünə gedib – Tehranda

GünAz TV: Tehran sakini olan güney azərbaycanlı milli-mədəni fəallar Siyamək Mirzayi məzuniyyətdən qayıtdığı zaman onun görüşünə gediblər. Fəallar noyabrın 6-da onunla Tehranda görüşüb. Tehranın Evin zindanında həbs müddətini başa vurduqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən güney azərbaycanlı fəal S.Mirzayi saxlandığından 40 ay sonra ilk dəfədir məzuniyyətə buraxılıb. Oktyabrın …

Davamı...

Güney azərbaycanlı alim Prof. Əhmədrza Calali edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı araşdırmaçı-alim, mütəxəssis həkim Əhmədrza Calali edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb. “Iran International” saytında yayılan məlumata görə, Ə.Calali iyulun 29-da təkadamlıq kameraya aparılıb, o ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq edam hökmünün icra olunacağı ehtimalından danışıb. Köçürüldüyü kameranın həbsxanada və ya digər …

Davamı...

Siyamək Mirzayinin azadlığa buraxılmasına icazə verilmir

Bundan əvvək məhkəmə tərəfindən təyin olunmuş mülki vəsiqə qərarının təqdim olunmasına baxmayaraq güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin Tehranın Evin zindanından azad edilməsinə icazə verilmir. Siyamək Mirzayinin ailə üzvləri iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət ediblər, lakin onlar məsulların …

Davamı...

Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra ümumi korpusa köçürülüb

Beynəlxalq Ana Dili Günü ərəfəsində Tehranda tutulan azərbaycanlı milli-mədəni fəal Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra Evin zindanının 4-cü korpusuna köçürülüb. Fevralın 2-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik posterləri paylaşdığı zaman Kiyanuş Aslani ilə birlikdə tutulan fəal mayın 5-də zindanın ümumi korpusuna intiqal edilib. Azərbaycanlı …

Davamı...

Tehranda saxlanılan azərbaycanlılarla bağlı heç bir xəbər yoxdur!

Fevralın 21-də Tehranda saxlanılan azərbaycanlı fəal Tohid Əmir Əmini və Kiyanuş Aslani hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır, onların vəziyyəti barədə heç bir məlumatın olmaması ailələrinin nigaranlığına səbəb olub. Fəallar Beynəlxalq Ana Dili Günündə mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Kiyanuş Aslani saxlandığından bir gün sonra ailəsi ilə qısa …

Davamı...