Cümə , 26 Aprel 2024
Ana səhifə / Tag Archives: Evin

Tag Archives: Evin

Güney azərbaycanlı fəal Kazım Səfabəxş sərbəst buraxılıb – VİDEO

Tehran sakini olan güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş təxminən 17 ay həbsdən sonra Evin həbsxanasından sərbəst buraxılıb. O aprelin 15-də Təbriz vaxtı ilə saat 17:30-da azad edilib. İran Məhkəmə Sistemi koronavirus infeksiyası ilə bağlı 5 ildən az həbs cəzası olan və həbs müddətinin ən azı üçdə birini çəkən məhbusların …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi müvəqqəti sərbəst buraxılıb

Tehran sakini olan güneyli azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Evin zindanından müvəqqəti olaraq sərbəst buraxılıb. O 3 ay saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə qarşılığında aprelin 11-də azad edilib. Əsasən türk dilində kitab paylamaq və şəhərdən uzaq Azərbaycan kəndlərində kitabxanalar yaratmaq kimi mədəni fəaliyyətlə məşğul olan Əlirza Fərşi yanvarın …

Davamı...

Koronavirus həbsxanalarda: Güney azərbaycanlı fəallar Rəhim Qulami və İbrahim Nuri məzuniyyətə buraxılıb

İran həbsxanalarında koronavirusun geniş yayıldığı səbəbindən iki güney azərbaycanlı fəal məzuniyyətə buraxılıb. Məlumata görə, türk jurnalist və şair Rəhim Qulami martın 12-i günortadan sonra Ərdəbil zindanından zaminə buraxılıb. Bundan əvvəl səlahiyyətli məsullar onun məzuniyyətə buraxılmasına mane olurdu. Son vaxtlar astma və böyrək xəstəliyindən əziyyət çəkən fəalın səhhəti ağırlaşmışdır. Hətta zindanının …

Davamı...

Mehdi Nəimi: İran hakimiyyəti türk dili sahəsində çalışan fəalları hədəf alır – Müsahibə

Son vaxtlar Tehranda türk dili haqları müdafiəçiləri və türkcə kitab nəşri və satışı sahəsində fəaliyyət göstərən nəşriyyata qarşı basqılar olduqca ağırlaşıb. “Amerikanın Səsi”nə danışan təhlilçi Mehdi Nəimi deyir ki, “Güney Azərbaycandan uzaqlaşaraq Tehranda fəaliyyət göstərən türklər dərdləri daha dərindən hiss etdikləri üçün ciddi fəaliyyətlər həyata keçirilər.” Keçən illərdə Dünya Ana …

Davamı...

Əlirza Fərşinin hansı ittiham üzrə saxlandığı barədə yayılan xəbərlər təkzib edilir / Təhlükəsizlik qüvvələri fəala qarşı kobud davranıb

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin hansı ittiham üzrə saxlandığı barədə yayılan xəbərlər onun ailəsi tərəfindən təkzib edilir. Bu barədə yayılan şayiələr şübhəli və məqsədyönlüdür. Güney azərbaycanın Mərənd şəhərində doğulan milli-mədəni fəal yanvarın 8-də Tehranda öz iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O saxlandıqdan sonra əlləri qandallı şəkildə evinə …

Davamı...

Türk dilində kitab çap edən nəşr evinin fəaliyyətinə qadağa qoyulub, müdiri isə həbs edilib – Tehranda

Tehran şəhərində türk dilində kitablar çap edən “Təkderəxt” Nəşr Evinin fəaliyyətinə qadağa qoyulub, müdiri isə həbs edilib. Məlumata görə, Ehsan Şokr Xodayi 1 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanında həbs edilib. “Təkderəxt” Nəşr Evi Azərbaycan türkcəsində çox sayda kitab çap edib. Nəşriyyatın müdiri Ehsan Şokr Xodayi Azərbaycanın klassik …

Davamı...

Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi ağır ittihamla üzləşib

Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi yaxınları ilə telefon əlaqəsi saxlayaraq ağır ittihamla üzləşdiyini deyib. Fəal bildirib ki, ona “an.tv ilə əməkdaşlıq etmək yolu ilə Səudiyyə Ərəbistanına casusluq etmək”də ittiham olunduğu açıqlanıb. Yanvarın 14-də şəhid Müqəddəs Evin Məhkəməsinin (dadsəra) hakimi azərbaycanlı fəal barəsində müvəqqəti saxlanma qərarı çıxarıb. …

Davamı...

Güney azərbaycanlı öyrənci Yaşar Darülşəfa azadlığa buraxılıb

Güney azərbaycanlı öyrənci, siyasi fəal Yaşar Darülşəfa Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıb. O 2020-ci il dekabrın 1-də 41 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Yaşar noyabr 21-də təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılaraq Evin zindanının Ettelaat Nazirliyinin nəzarətində olan 209-cu korpusuna aparılmışdır. Qəzvin sakini olan azərbaycanlı öyrənci ictimai …

Davamı...

Etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Əli İbrahimi barəsində ağır mülki vəsiqə qərarı çıxarılıb

Tehran Məhkəməsinin Evin Zindanı şöbəsi (Dadsəra) kütləvi etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Əli İbrahimi barəsində 150 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıb. Nəsimşəhr (“Əkbər abad”) sakini olan azərbaycanlı fəal noyabrın 19-da benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlar zamanı Tehranda saxlanılaraq Evin Zindanının 209-cu korpusuna aparılmışdır. Məlumata görə, dekabrın 14-də …

Davamı...

Sürgündə olan fəal Siyamək Mirzayi yenidən həbsə məhkum edilib və ölkədən çıxışı məhdudlaşdırılıb- FOTO

Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi hazırda sürgündə olan güney azərbaycanlı siyasi fəal Siyamək Mirzayinin yenidən 1 il həbsə məhkum edilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı hökm çıxarıb. İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmə iclasında hazırda Qain şəhərində sürgündə olan fəala qarşı “İran İslam Respublikası siyasi sisteminə qarşı …

Davamı...