Bazar , 28 Aprel 2024
Ana səhifə / Tag Archives: Güney Azərbaycan (page 3)

Tag Archives: Güney Azərbaycan

Xeyriyyəçi soydaşlarımız Məlikan və Ərdəbil şəhərlərində onlarla məktəb tikdirir

Güney Azərbaycanın bütün bölgələrində dərs otaqları çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olması təhsil sahəsində böyük problemə çevrilib. Bu problem bəzi bölgələrdə qismən də olsa öz həllini tapmaqdadır. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən və edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olub. Məlikan Şəhər İcra Hakimiyyəti başçısı Məhəmmədbaqir Xani yaxın …

Davamı...

Ərdəbil kəndləri əhalidən boşalır

Ərdəbil İdarəetmə və Planlaşdırma Təşkilatının statistik informasiya işləri üzrə rəis müavini təmsil etdiyi əyalətdə kənd əhalisinin getdikcə azalmasından narahatlığını dilə gətirib. “İrna” xəbər agentliyinin yaydığı məlumata görə, Fəriborz Dehqan bu barədə oktyabrın 7-də açıqlama verib. “Cəmiyyətdə yaş quruluşu pozulub, miqrasiya prosesinin  intensivləşməsi və doğuşların azalması xüsusilə də kəndlərdə demoqrafik tərkibin …

Davamı...

“Ərdəbil Əyaləti əhalisinin əsas sosial problemi boşanma məsələsidir”

Ərdəbil valisi Əkbər Behnamcu təmsil etdiyi əyalətin birinci sosial probleminin boşanmadan ibarət olduğunu deyib. Ərdəbil Əyaləti İdarələr Şurasının keçirdiyi iclasda çıxış edən vali boşanmaların 70 faizinin evliliyin birinci 7 ilində baş verdiyini deyib. “Əyalətin əsas sosial problemləri araşdırılıb. Cəmiyyətin birinci sosial probleminin nikahların pozulmasından ibarət olduğu məlum olub. Ailələrin dağılması …

Davamı...

Marağanın “Aşan” kəndində içməli su tapılmır – VİDEO

Əksər Güney Azərbaycan kəndlərində olduğu kimi Marağanın “Aşan” kəndində də içməli su problemi yaşanır. Məlumata görə, 450 ailənin yaşadığı kənddə 13 ildir ki, su qıtlığı problemi öz həllini tapmır. Kənd əhalisi dəfələrlə səlahiyyətli orqanlara müraciət edərək problemin aradan qaldırılmasını istəyib, lakin bu istiqamətdə hər hansı addım atılmayıb. Deyilənlərə görə, kənd …

Davamı...

“Mən özüm 15-ci maddənin icrasının qarantısı olacam” – İranın yeni təhsil naziri

İranın yeni təhsil naziri Möhsün Hacı Mirzayi ölkədə millətlərin ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icrasının qarantısı olacağını bildirib. O bu barədə sentyabrın 3-də parlamentdə təyinatının təsdiqlənməsi ilə bağlı keçirilən iclasda çıxış edib. Möhsün Haci Mirzayi irəli sürdüyü təklifləri müdafiə edərək ölkə konstityusiyasının 15-ci maddəsinə də işarə …

Davamı...

Güneylı kinorejissor var gücü ilə yanğını söndürməyə çalışan qaradağlı gənci bu sözlərlə alqışlayıb

Avqust ayında Qaradağ meşələrind baş verən yanğını var gücü ilə söndürməyə çalışan qaradağlı gənc tanınmış güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin diqqətini çəkib. Kinorejissor Sirus Fəllahın bu addımını əhali tərəfindən “fədakar əkinçi” adı verilən məşhur Rizəli Xacəvi ilə müqayisə edib.  Güney azərbaycanlı “fədakar əkinçi” vaxtı ilə qatarın dağdan yola düşən daşlarla …

Davamı...

Mehdi Nəimi: İran hakimiyyəti qeyri-fars əhalinin təpkisini yoxlamadan keçirir – Müsahibə

2006-cı ilin mayında və 2005-ci ilin noyabrında Güney Azərbaycan və Tehranda dövlət mediasında “türklərin aşağılanmasına” etiraz olaraq kütləvi üsyanlar baş verdi. Lakin qeyri-farslara qarşı assimilyasiya prosesini sürətləndirmək yönündə həyata keçirilən “farsca yetərlilik testi” kimi təşəbbüslər hələ ki, oxşar etirazlara yol açmayıb. Milli fəal Mehdi Nəimi bunun səbəbləri haqda “Amerikanın Səsi”nə …

Davamı...

“Pomidorun əkinçilərdən 700 tümənə alınması insafsızlıqdır” – Urmiyə Meyvə və Tərəvəz Dərnəyinin rəisi

Urmiyə Meyvə və Tərəvəz Dərnəyinin rəisi Qərbi Azərbaycanda əkinçilərdən alınan pomidorun qiymətinin qəsdən aşağı düşürülməsinə etiraz bildirib. Bu barədə Qasim İzzəti yerli mətbuat orqanlarından birinə danışıb. “Bəzi dəllallar fabriklərdə tomat pastası hazırlamaq üçün əkinçilərdən alınan pomidorun qiymətini qəsdən aşağı düşürür. Bu iş əkinçilərə qarşı zülmdür. Tomat pastası üçün alınan pomidorun …

Davamı...

Qəzvinin qədim “Grand Hotel”i sıradan çıxmaq üzrədir – GÖRÜNTÜ

Güney Azərbaycanın Qəzvin şəhərinin qədim “Grand Hotel”i dövlətin diqqətindən kənarda qalaraq baxımsız vəziyyətdədir. Qacar dövrünün son illərində tikilən hotel ölkədə birinci Avropa tipli hotellərdən olub. Hotel 1920-1921-ci illərdə Ərbab Berzu Şapur adlı qəzvinli bir zərdüşt ticarətçi tərəfindən tikdirilib.  Hotel küçə tərəfindən baxanda 3 mərtəbəli, lakin həyətin içindən 4 mərtəbəli görünür. …

Davamı...

Ərdəbilin 1000 kəndində su qıtlığı problemi yaşanır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Ərdəbil Əyalətinin kəndlərində də su qıtlığı problemi yaşanır. Kəndlərin inkişafına mane olan və əhalinin şəhərlərə üz tutmasına səbəb olan amili aradan qaldırmaq üçün dəfələrlə tələb irəli sürülüb, lakin hələ də çox sayda kənddə yetəri qədər su yoxdur. Bu barədə Ərdəbil valisi Əkbər Behnamcu avqustun …

Davamı...