Bazar , 28 Aprel 2024
Ana səhifə / Tag Archives: Güney Azərbaycan (page 4)

Tag Archives: Güney Azərbaycan

Qaradağ meşələrində yanğın baş verib – yanğına qarşı mübarizə vasitələri yoxdur

Güney Azərbaycanın Qaradağ meşələrində yanğın baş verib. Alovun miqyası getdikcə böyüyür, lakin yanğını söndürmək üçün lazım olan vasitələr yoxdur. Yerli mənbələr yanğının neçə gün əvvəl başladığını bildirdiyi halda, hökumət rəsmiləri yanğının avqustun 21-i axşam saatlarında başladığını iddia edir. Yanğın davam edir, yerli məsullar isə Tehrandan helikopter göndəriləcəyini bildirir. Bölgədə yetəri …

Davamı...

Güney Azərbaycanın daha çox parçalanması üçün ssenari qurulur – Yeni əyalətin yaradılması gündəmə gətirilir

Uzun illər öncə rejim tərəfindən bir neçə əyalətə parçalanan Güney Azərbaycan daha kiçik əyalətlərə parçalana bilər. Məlumata görə, mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) əyalətinin yaradılması ilə bağlı təklif layihəsi İran parlamentinə təqdim olunub. Artıq Parlamentin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad öz çıxışında təklif layihəsinin parlamentə təqdim olunduğunu …

Davamı...

Məhsa Mehdili: Siyasi məhbuslarımızı müdafiədə yetərsiz qalmışıq

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözcüsü və siyasi fəal Məhsa Mehdili “Amerikanın Səsi” ilə söhbətdə son vaxtlar Güney  Azərbaycan və Tehranda türk fəallara qarşı artan basqıları dəyərləndirib. Mehdili milli hərəkata mənsub qüvvələr tərəfindən siyasi məhbuslara verilən dəstəyin həm humanitar cəhətdən, həm də ortaq siyasi hədəflər üçün effektivlik baxımdan yetərli …

Davamı...

Ölkənin 55 faiz iqtisadiyyatı 5 fars əyalətinin ixtiyarındadır

İran hökumətinin rəsmi orqanlarının açıqladığı statistik məlumata görə, son illərdə ölkənin ümum daxili məhsulunun (ÜDM) 55 faizi 5 fars ölkəsinə aiddir. İqtisadi ayrı-seçkilik qeyri-fars bölgələrində mühacirət və işsizlik problemini getdikcə dərinləşdirir. Şübhəsiz ki, iqtisadi inkişaf və istehsalın səviyyəsini göstərən ÜDM-un göstəricisi bir il müddətində istehsal sahəsində edilən xidmətlər və məhsulların …

Davamı...

Təbrizdə kişi həyat yoldaşını öldürdükdən sonra intihar edib

Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı bir ailədə faciə baş verib. Məlumata görə, hələlik kimliyi məlum olmayan bir kişi həyat yoldaşını öldürdükdən sonra intihar edib. Dəhşətli qətl və intihar hadisəsi avqustun 1-də Təbrizin “Qara Məlik” məhəlləsində baş verib. “İrna” şahidlərə istinadən bildirib ki, qadın əri tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. …

Davamı...

Qoşaçayda divarlara “Abbas Lisani azad olunsun” şüarı yazılıb – VİDEO

Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçay şəhərində divarlara Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisanının azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb. Yerli milli fəallar tərəfindən yazılan şüarlarda Abbas Lisaninin ədalətsiz hökmlə həbs edilməsinə etiraz edilib, onun qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub. Divarlarda ən çox “Abbas Lisani azad olunsun” şüarına rast …

Davamı...

Aşıq Heydər Mahmudinin anım mərasimi keçiriləcək – Həmədanda / VİDEO

Ötən günlərdə həyatını dəyişən Güney Azərbaycanın qocaman ustad aşığı Heydər Mahmudinin anım mərasimi keçiriləcək. Həmədanda keçiriləcək mərasimdə mərhum sənətkarın həyatı və sənət fəaliyyəti barədə məruzə ilə çıxış ediləcək, mərasimdə aşıq musiqisi ifa olunacaq. Anım mərasimi iyulun 3-ü Təbriz vaxtı ilə saat 17:00-dan 19:00-dək Həmədanın Avini Mədəniyyət Kompleksində keçiriləcək. Güney Azərbaycanın …

Davamı...

Tanınmış ustad aşıq Heydər Mahmudi Həmədanda vəfat edib

Güney Azərbaycanın qocaman ustad aşıqlarından olan Heydər Mahmudi Həmədan şəhərində vəfat edib. Uşaq yaşlarından aşıq sənəti ilə məşğul olan Heydər Mahmudi təxminən 70 il müddətində bu sənətə böyük töhfələr verib. O Qum-Sava-Həmədan aşıq məktəbinin məşhur saz-söz ustadlarından biridir. Mərhum sənətkar Heydər Mahmudi iyunun 24-də Həmədanın “Bağ beheşt” qəbiristanlığında dəfn olunub. …

Davamı...

Meşginşəhrin Moil mədəninin torpağı hökumət məsulları tərəfindən talanır – VİDEO

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) məntəqəsində yerləşən Moil mədəninin torpağı hökumət rəsmiləri tərəfindən talanır. Mədən Meşginşəhrin cənub tərəfində, Savalan dağının ətəyində, “Moil” istusu bulağının yaxınlığında yerləşir. Moil mədəninin torpağı təxminən 8 ildir ki, hökumət rəsmiləri tərəfindən qanunsuz şəkildə bölgədən çıxarılır. Onların qaçaqmalçılığı ərazinin böyük hissəsinin təxrib olunmasına səbəb olub. Deyilənlərə görə, …

Davamı...

Yol polisi Ərdəbil Əyalətində yeni yol nişanları quraşdırıb: “Ölüm caddəsi”

Güney Azərbaycanda əksər yolların qeyri-standart vəziyyətdə olması hər gün çox sayda insanın ölüm və xəsarət alması ilə nəticələnir. Bəzi yollarda ölümlə nəticələnən avtomobil qəzalarının sayı o həddə çatıb ki, bölgə əhalisi həmin yolları “ölüm caddəsi” adlandırır. Əhər-Təbriz yolunun “ölüm caddəsi” adı ilə tanınmasını uzun zamandır Güney Azərbaycan mətbuatı, hətta bəzi …

Davamı...