Bazar , 28 Aprel 2024
Ana səhifə / Tag Archives: Güney Azərbaycan (page 5)

Tag Archives: Güney Azərbaycan

“Həmədan Əyalətində idman üçün nəzərdə 110 tikinti layihəsi yarımçıq qalıb”

Həmədan Əyaləti Gənclər və İdman İdarəsinin rəisi Möhsün Cahanşir təmsil etdiyi əyalətdə idman üçün nəzərdə tutulan 110 tikinti layihəsinin yarımçıq buraxıldığını bildirib. Onun sözlərinə görə, hətta işlərin 90 faizi görülən layihələrdə də eyni vəziyyətdir, əhali işlərin yekunlaşmasını gözləyir. Bu barədə Möhsün Cahanşir “Mehr” xəbər agentliyinə danışıb. “Həmədan Əyalətinin böyük idman …

Davamı...

Ərdəbil valisi kəndlərin əhalidən boşalmasından nigaranlığını bildirib

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Ərdəbil Əyalətində də kəndlər tədricən  əhalidən boşalır. Bu məsələ vaxtaşırı bəzi yerli məsulların da etirazına səbəb olur. Bu dəfə Ərdəbil valisi Əkbər Behnamcu prezidentin kəndlərin inkişafı üzrə müavini ilə görüşündə bu məsələyə görə öz nigaranlığını bildirib. “Kəndlər boşalır, hamı şəhərə üz tutur. Bu, bir …

Davamı...

Aşıq Ələsgər Mosen vəfat edib

Güney Azərbaycanın tanınmış musiqi ustadlarından olan aşıq Ələsgər Mosen qısa müddət xəstəlikdən sonra Binab (Bin ev) şəhərində vəfat edib. Mərəndli Aşıq Ələsgər adı ilə tanınan ustad sənətkar 1940-ci ildə Binabda dünyaya göz açıb. O aşıq sənəti və qopuz çalmağı aşıq Mir Fərəcullah Nicatidən öyrənib. Aşıq Ələsgər qopuz çalmaqdan əlavə yazdığı …

Davamı...

3 ildir bu tarixi abidələri ziyarət etmək mümkün deyil – Marağada

Marağanın tarixi Göy və Dairəvi Günbəz abidələrinin qapısı 3 ildir ki, turistlərin üzünə bağlanıb. Məlumata görə, 3 il əvvəl tarixi abidələrdə təmir-bərpa işlərinə başlanılıb, lakin vəsait çatışmazlığından layihənin icrası təxminən 1 il müddətinə dayandırılıb və aradan 3 il keçməsinə baxmayaraq təmir işləri hələ də yekunlaşmayıb. Bölgə əhalisinin dediyinə görə, Göy …

Davamı...

Az TV-də “Ciloluq” faciəsi haqda sənədli film yayımlanıb

Birinci dünya müharibəsi illərində Güney Azərbaycanın qərb bölgəsində erməni və asuri silahlı dəstələri tərəfindən törədilən “Ciloluq” faciəsi haqda Azərbaycanın dövlət televiziyasında sənədli film yayımlanıb. Aprelin 24-ü, Bakı vaxtı ilə saat 21:30-da yayımlanan sənədli filmdə ermənilərin Azərbaycanda törətdiyi cinayətlər, o cümlədən Qərbi Azərbaycan Əyalətində baş verən faciə ilə bağlı raport təqdim …

Davamı...

Əhər-Meşginşəhr yolunda dəhşətli yol qəzası: 4 ölü, 3 yaralı

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Bu dəfə dəhşətli yol qəzası Əhər-Meşginşəhr …

Davamı...

Xoy şəhərində səyyar satıcı bələdiyyə məmurlarının hücumuna məruz qalıb – VİDEO

Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcılar və küçə ticarəti ilə məşğul olanlara qarşı təhqiramiz hərəkətləri və onları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb. Bu dəfə Xoy şəhərinin küçələrində meyvə satan bir səyyar satıcı Bələdiyyə İdarəsinin “sədd-i məbər” məmurlarının hücumuna məruz qalıb. Məmurlar satıcıya hücum edərək onun əşyalarını …

Davamı...

Xalxalda 3 min illik gümüş qədəh tapılıb

Güney Azərbaycanın Ərdəbil əyalətinin Xalxal şəhərində aparılan arxeoloji qazıntı zamanı 3 min illik gümüş qədəh tapılıb. Qədəh eradan əvvəl 850-616-cı illərdə hökm sürən Manna Çarlığı dövrünə aid edilir. Ərdəbil Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəhbəri Nadir Fəllahi bildirib ki, arxeoloji qazıntılar və mütəxəssislərin araşdırmaları bu bölgədə Əhəmənilərdən (Həxamənişilər) …

Davamı...

“Birinci Sulduz Aşıq Festivalı” keçirilib – VİDEO

Güney Azərbaycanın Sulduz şəhərində “Birinci Sulduz Aşıq Festivalı” keçirilib. Martın 12-də keçirilən festivalda bir çox insan, o cümlədən şair İsfəndyar Feyzipur (Dəyirmançı Oğlu), yazıçı Məhərrəm Pərizad və tanınmış ziyalı Sirus İntixabi  kimi ictimai xadimlər tamaşaçı qismində iştirak edib. Festivala çox sayda sulduzlu aşıq qatılıb, onların çıxışı şəhər əhalisi tərəfindən böyük …

Davamı...

“Zəncan Əyalətində narkotik maddələrindən ölənlərin sayı artır”

Güney Azərbaycanda narkotik maddələrə aludəçilərin və bu bəladan ölənlərin sayı getdikcə artmaqdadır. Cari ilin (İranda yeni təqvim ili Novruz bayramından  başlayır) son 11 ayında Zəncan Əyalətində narkotik maddə qəbulu nəticəsində 44 nəfər həyatını itirib. Bu barədə Zəncan Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi Mehrdad Sitarə “Fasr” xəbər agentliyinə danışıb. Onun sözlərinə …

Davamı...