Cümə , 26 Aprel 2024
Ana səhifə / Tag Archives: Təbriz

Tag Archives: Təbriz

Koronavirus böhranı günlərində meşə ağaclarının kəsilməsi davam edir – Güney Azərbaycanda / VİDEO – GÖRÜNTÜ

 Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur. Bu vəziyyət bölgədə koronavirus böhranı hökm sürdüyü günlərdə də davam edir. Son məlumata görə, Güney Azərbaycanın Xoy, Təbriz, Parsabad və Binab şəhərlərində meşə ağacları kütləvi şəkildə kəsilərək digər …

Davamı...

Güney azərbaycanlı fəal Şahruz Bərzgərə bəraət verilib

Təbriz sakini olan güney azərbaycanlı milli-mədəni fəal Şəhruz Bərzgər 2 nömrəli Cinayət Məhkəməsinin 105-ci şöbəsinə müraciət edərək hakim Firuz Şükrzadə tərəfindən çıxarılan bəraət hökmünü təhvil alıb. İranın təhlükəsizlik qüvvələri 2019-cu il oktyabrın 25-də fəalın ata evinə qanunsuz şəkildə daxil olaraq Şəhruz Bərzgəri mərhum mühəndis Əmaninin vəfatının ildönümü mərasiminə qatılmaq istəməsi …

Davamı...

Güney azərbaycanlı fəal Əli Əzizi ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib. Azərbaycanlı fəal bu barədə fevralın 26-da ailə üzvlərinə zəng edərək məlumat verib. Fəal anası ilə danışığında hansı ittiham üzrə saxlandığından xəbərsiz olduğunu bildirib. Xatırladaq ki, Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə …

Davamı...

Bahalığa qarşı keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəallar barəsində son məlumat

2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlarla bağlı çox sayda güney azərbaycanlı milli-mədəni fəal saxlanılıb. Şahin Bərzgər ailəsi ilə telefon əlaqəsi saxlayaraq fevralın 1 və 2-də iki günlük quru aclıq aksiyası keçirdiyini bəyan edib. Ettelaat İdarəsinin təknəfərlik kameralarında saxlandıqlarına etiraz olaraq aclıq etdiyini deyən fəal aksiyanın ikinci günündə …

Davamı...

Apellyasiya məhkəməsi Nəsim Sadiqi haqda çıxarılan həbs qərarı barədə hökm çıxarıb

Apellyasiya məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi haqda çıxarılan 6 aylıq həbs hökmünü 3 il müddətinə təxirə (asılı) salıb. Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinin hökmü fevralın 3-də şifahi olaraq xanım Nəsim Sadiqiyə elan olunub. Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-ə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin altıncı məhkəmə iclası keçirilib

Yanvarın 30-da güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin Təbrizin İnqilab Məhkəməsində altıncı məhkəmə iclası keçirilib. Məhkəmə iclasında fəala qarşı irəli sürülən “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamlarına baxılıb. Məhkəmə prosesində prokurorluq və “Sepah”ın nümayəndələri …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmməd Güneyli apellyasiya məhkəməsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal və vəkil Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağırılıb. Yanvarın 25-də məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsində fəaldan fevralın 13-ü yerli vaxtla saat 09:30-da apellyasiya məhkəməsinə müraciət etməsi tələb olunub. Çağırış vərəqəsində qeyd olunub ki, apellyasiya məhkəməsində “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacaq. Təbriz İnqilab …

Davamı...

Ettelaat-ın təcridxanasında saxlanılan güney azərbaycanlı fəal Əkbər Mühaciri qaynatasının dəfn mərasimində iştirak edə bilməyib

Ettelaat İdarəsi güney azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciriyə qaynatasının dəfn mərasimində iştirak etməsinə icazə verməyib. Azərbaycanlı fəalın qaynatası yanvarın 22-də vəfat edib. Hazırda Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılan güney azərbaycanlı fəal Əkbər Mühaciri 2019-cu il noyabrın 24-də tutulub. Məlumata görə, 10 nəfərdən çox Ettelaat əməkdaşı fəalın evinə hücum çəkib, onu …

Davamı...

Səccad Şəhiri Ettelaat İdarəsinin təcridxanasına köçürülüb

Ötən günlərdə Sulduz şəhərində tutulan güney azəraycanl milli-mədəni fəal saxlandıqdan iki gün sonra Təbriz Ettelaat İdarəsinin təcridxanasına köçürülüb. Fəalın yanvarın 18-də Ettelaat İdarəsinin təcridxanasına aparıldığı bildirilir. Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən tutulub. Verilən məlumata görə, təhlükəsizlik qüvvələri fəalın şəxsi avtomobilini …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin dördüncü məhkəmə iclası keçirilib

Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin dördüncü məhkəmə iclası keçirilib. Yanvarın 8-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasında Şərqi Azərbaycan Əyaləti Ettelaat İdarəsinin nümayəndəsi gözlənilməz şəkildə azərbaycanlı vəkili …

Davamı...