Bazar ertəsi , 6 May 2024
Ana səhifə / Tag Archives: Təbriz (page 3)

Tag Archives: Təbriz

Güney azərbaycanlı fəalın iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb – Binabda

Güney Azərbaycanın Binab şəhərində milli-mədəni fəal Bəhmən Xaliqinin iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Məlumata görə, təhlükəsizlik qüvvələri noyabrın 12-i səhər saatlarında Bəhmən Xaliqinin iş yerində axtarış aparıb, fəala aid kitablar, mobil telefonu və digər bir neçə şəxsi əşyanı özləri ilə götürüblər. Əldə etdiyimiz informasiyaya əsasən, fəal axtarışdan sonra …

Davamı...

Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihə dayandırılıb

Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihənin vəsait çatışmazlığından dolayı dayandırıldığı bildirilir. Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinin planlaşdırma bölümünün məsulu Əli Hacı Muradı məlumat verib. O bir müddət əvvəl bildirmişdir ki, “Təbriz və Urmiyada Urmu gölünə axıdılan kanalizasıya sularını təmizləmək məqsədi ilə təmizləmə-saflaşdırma qurğularının quraşdırılması layihələri üzərində işə …

Davamı...

Məhkəmə güney azərbaycanlı fəal Ruhulla Əhmədnəjad barəsində hökm çıxarıb

Təbrizin İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjada qarşı irəli sürülən ittihamla bağlı icraata xitam verilməsinə dair hökm çıxarıb. Fəal “ölkəyə qarşı olan cəmiyyətlərdə üzv olmaq” ittihamı ilə mühakimə olunub. Artıq dosye Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin verdiyi qərarla qapanıb. Azərbaycanlı fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki …

Davamı...

Güney azərbaycanlı uşaqlardan maddi-mənəvi varlığımızın məhv olunmasına ETİRAZ

Bir qrup güney azərbaycanlı uşaq Təbrizin Ərk qalasının önünə toplaşaraq vətənimizin maddi-mənəvi varlığının məhv edilərək sıradan çıxarılmasına etiraz bildiriblər. Türk dilində yazılmış plakatlar qaldıran uşaqlar Güney Azərbaycanda tarixi xəzinələrimiz, suların çirkləndirilməsi, ətraf mühitə vurulan ziyan və mədənlərin talanmasına etiraz ediblər. Ərk qalası önündə qaldırılan plakatlara “tarixi xəzinələrimizi saxlayın”, “suları bulandırmayın” …

Davamı...

Həsən Ərk Təbrizin Ettelaat İdarəsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Həsən Ərk Təbrizin Ettelaat İdarəsinə çağırılıb. Onun sentyabrın 24-də təhlükəsizlik orqanına çağırıldığı bildirilir. Azərbaycanlı fəal son vaxtlar irqçi “farsca yetərlilik testi”nin tətbiq olunmasının əleyhinə, həmçinin Səhər Xudayarinin özünü yandıraraq intihar etməsi macərası və qadın haqları mövzusunda bir neçə məqalə yazıb. Onun həmin yazılarla bağlı Ettelaat İdarəsinə …

Davamı...

Azərbayanlı ana: Mənim uşağım üzərində “farsca yetərlilik” testi tətbiq olunub – VİDEO

Təbriz şəhərindən olan azərbaycanlı ana Təhsil İdarəsi tərəfindən uşağının üzərində “farsca yetərlilik” testinin tətbiq olunduğunu bildirib. O mövzu ilə bağlı “Təbriz mən” agentliyinə danışıb. “Mən uşağımı məktəbə hazırlıq üçün qeydiyyata almaq məqsədi ilə Zəfəraniyyə məhəlləsində yerləşən “Hümmət” məktəbinə apardım. Uşağı məndən ayırıb başqa bir otağa apardılar. Ondan bəzi heyvanların adını …

Davamı...

Bir neçə “Traxtur” tərəfdarı barəsində məhkəmə hökmü çıxarılıb

Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsi Azərbaycanın “Traxtur” futbol komandası ilə Səudiyyə Ərəbistanının “Əlhilal” komandası arasında keçirilən görüşdə saxlanılan “Traxtur” tərəfdarları haqda qərar çıxarıb. Qərara əsasən ötən il futbol yarışı zamanı saxlanılan Məcid Nağızadə, Yunis Sədrizadə, Kambiz Hüseyniyan, Səməd Zahidi və Ehsan Yusifinin təqib olunmasına son qoyulub və məhkəmə işləri bağlanıb. …

Davamı...

Azərbaycanlı ana övladı üzərində “farsca yetərlilik” testinin tətbiq olunduğu barədə danışıb – VİDEO

Bir azərbaycanlı ana Təbriz məktəblərində “farsca yetərlilik” testinin tətbiq olunduğu barədə video yayaraq məlumat verib. Təbrizli ana sözügedən testin övladı üzərində tətbiq olunduğunu bildirib. “Avqustun 19-da uşağı Təbrizin Zəfəraniyyə məhəlləsində yerləşən “Hümmət” məktəbinin Qiymətləndirmə Mərkəzinə göndərdilər. Müraciət etdikdən sonra usağı farsca bilmədiyi üçün çox qınadılar. Heyvanların şəkilini ona göstərib fars …

Davamı...

Bu şəhərlərdə güney azərbaycanlı siyasi məhbuslara dəstək verən posterlər paylanılıb

Güney Azərbaycanın bir neçə şəhərində siyasi və milli fəallar haqda posterlər paylanılıb. Həbsdə olan güney azərbaycanlı siyasi məhbusların şəkili əks olunan posterlər Təbriz, Üskü, Ilıxçı və Səhənd şəhərlərində yayılıb. Posterlər azərbaycanlı fəallara qarşı təzyiqlərin artması və onlara qarşı ədalətsiz məhkəmə hökmlərinin çıxarılmasına etiraz olaraq hazırlanıb və şəhər əhalisi arasında paylanılıb. …

Davamı...

Şərqi Azərbaycan əhalisinin 24 faizi şəhər həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində məskunblaşıb

Güney Azərbaycan şəhərləri yoxsulluqdan dolayı kəndlərdən şəhərə üz tutan sakinlərlə bağlı yaranan problemi uzun illərdir həll edə bilmir, onların sayı günü-gündən artır. Şərqi Azərbaycan Valiliyinin ictimai və mədəni işlər üzrə bölümünün rəisi təmsil etdiyi əyalətdə təxminən 500 min insanın şəhər həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşdığını bildirib. “Tabnak” saytının yaydığı …

Davamı...