Şənbə , 4 May 2024
Ana səhifə / Tag Archives: Tehran (page 2)

Tag Archives: Tehran

Etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Əli İbrahimi barəsində ağır mülki vəsiqə qərarı çıxarılıb

Tehran Məhkəməsinin Evin Zindanı şöbəsi (Dadsəra) kütləvi etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Əli İbrahimi barəsində 150 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıb. Nəsimşəhr (“Əkbər abad”) sakini olan azərbaycanlı fəal noyabrın 19-da benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlar zamanı Tehranda saxlanılaraq Evin Zindanının 209-cu korpusuna aparılmışdır. Məlumata görə, dekabrın 14-də …

Davamı...

Etirazlar zamanı Güney Azərbaycan şəhərlərində saxlanılan fəallardan xəbər yoxdur – VİDEO

Ötən ay bahalığa etiraz olaraq keçirilən aksiyalardan 3 həftədən çox keçməsinə baxmayaraq etirazlar zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəalların əksəriyyətindən heç bir xəbər yoxdur. Urmiya, Təbriz, Zəncan, Qoşaçay, Ərdəbil, Tehran və digər şəhərlərdə tutulan fəalların harada saxlandığı məlum deyil. Fəalların əksəriyyəti bu müddətdə ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi …

Davamı...

Etirazlarda öldürülmüş daha bir güney azərbaycanlı gəncin kimliyi məlum olub

Noyabrda benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 1-nin kimliyi müəyyən edilib. Məlumata görə, əslən Ərdəbil Əyalətinin Germi şəhərindən olan Siyamək Nəvidi Bildaşi Tehran ətrafında yerləşən Kiyanşəhr şəhərində etiraz yığıncağı zamanı qətlə yetirilib. Güney azərbaycanlı gəncin təhlükəsizlik qüvvələrinin açdığı atəşə tuş gəldiyi …

Davamı...

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha dördünün kimliyi müəyyən edilib

Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 4-nün kimliyi müəyyən edilib. Məlumata görə, Qərbi Azərbaycan Əyaləti Xoy şəhərinin Yuxarı Veşlə kəndinin sakini olan Məhəmməd Tağı Əlilu Tehranda keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. O qətlə …

Davamı...

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib

Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib. Məlumata görə, əslən Ərdəbil Əyalətinin Parsabad şəhərindən olan 13 yaşlı Əmir Rza Abdullahi Tehranın İslamşəhr məhəlləsində keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Azərbaycanlı yeniyetmə ailəsi ilə …

Davamı...

Ali Məhməkə Zəhra Nəvidpurun ölümünün ildönümünə yaxınlaşdığı bir vaxtda Salman Xudadadiyə bəraət verib

İranın Ali Məhkəməsi mərhum Zəhra Nəvidpuru cinsi təcavüzə məruz qoyan Məlikanın sözdə millət vəkili Salman Xudadadiyə bəraət verib. Bundan əvvəl Tehran Əyaləti Cinayət Məhkəməsinin 5-ci şöbəsi millət vəkilini nikahdankənar cinsi əlaqədə olmaq ittihamında təqsirli bilərək onu 99 şallaq zərbəsi və iki il sürgün cəzasına məhkum etmişdir. Məhkəmə Salman Xudadadinin rəsmi …

Davamı...

13 il həbs cəzasına məhkum edilən Kazım Səfabəxş Apellyasiya Məhkəməsində bəraət qazanıb

Birinci instansiya məhkəməsində 13 il həbs cəzasına məhkum edilən güney azərbaycanlı milli-mədəni fəal və tanınmış “Traxtur” tərəfdarı Kazım Səfabəxş (Kazım Koroğlu) Apellyasiya Məhkəməsində bəraət qazanıb. Bu barədə fəalın vəkili Cəfər Xani Şəblu oktyabrın 15-də bir video vasitəsi ilə məlumat verib. Vəkilin sözlərinə görə, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi məhkəmənin …

Davamı...

Siyamək Mirzayi aclıq aksiyasının 8-ci günündə

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasının 8-ci gününü keçirir. Güney azərbaycanlı fəal 3 illik həbs müddətini Tehranın Evin zindanında başa vurmasına baxmayaraq azadlığa buraxılmır, o Ettelaat Nazirliyinin nəzarətində olan zindanının 209-cu korpusuna intiqal edilib. Fəal təhlükəsizlik orqanları və məhkəmə məsullarının qanunsuz qərarına etiraz olaraq iyulun …

Davamı...

İran nüvə öhdəliklərini azaltmaq istiqamətində “2-ci addım”a start verib

 İran iyulun 7-də nüvə öhdəliklərini azaltmaq istiqamətində “2-ci addım”a başladığını rəsmən bəyan edib. Rəsmi Tehranın bəyanatına əsasən, İranın Avropaya verdiyi 60 günlük möhlət bitdiyindən, artıq bu ölkə iyulun 7-dən etibarən uranın nüvə razılaşmasında nəzərdə tutulan 3.67%-lik həddən çox zənginləşdirilməsinə start verib. İran Avropa ölkələrinin öz nüvə öhdəliklərinə tam əməl etmədiklərini …

Davamı...

Cəfər Rüstəmiradın həbs hökmü Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

Tehran Əyaləti Apelyasiya Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradın barəsində çıxarılan 6 aylıq həbs hökmünü təsdiqləyib. Elektron məktubu vasitəsi ilə məhkəməyə çağırılan fəal iyunun 12-də Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciət edib, ona həbs qərarının qüvvədə saxlandığı barədə məlumat verilib. Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 2018-ci …

Davamı...