Şənbə , 4 May 2024
Ana səhifə / Tag Archives: Tehranda (page 2)

Tag Archives: Tehranda

Etirazlar zamanı öldürülən güney azərbaycanlı Kamal Fərəcinin anasından ürəkparçalayan sözlər – VİDEO

an və Güney Azərbaycanda bahalığa qarşı noyabr ayında keçirilən etiraz aksiyaları zamanı çox sayda güney azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Kamal Fərəci Tehran etirazlarında öldürülən soydaşlarımız arasındadır. Noyabrın 17-də İranın güc strukturları tərəfindən açılan atəşlə qətlə yetirilmiş Kamal Fərəcinin 41 yaşı olub, o 3 uşağın atasıdır. Mərhumun anasının sözlərinə …

Davamı...

Etirazlarda öldürülmüş daha bir güney azərbaycanlı gəncin kimliyi məlum olub

Noyabrda benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 1-nin kimliyi müəyyən edilib. Məlumata görə, əslən Güney Azərbaycanın Sarab şəhərindən olan Əlirza Məhəmmədzadə noyabrın 17-də Tehranda Adəran üçyolunda keçirilən aksiya zamanı qətlə yetirilib. Güney azərbaycanlı gəncin təhlükəsizlik qüvvələrinin açdığı atəşə tuş gəldiyi bildirilir, …

Davamı...

Sürgündə olan güney azərbaycanlı fəal Siyamək Mirzayi məhkəmə iclasına qatıla bilməyib

Cənubi Xorasan Əyalətinin Qain şəhərində sürgün həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Tehranda keçirilən məhkəmə iclasına qatıla bilməyib. Məlumata görə, məhkəmə iclası dekabrın 1-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində təşkil olunub.  Azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün hakim Əfşarın sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak edə bilməyib. Siyamək Mirzayi …

Davamı...

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha 3-nün kimliyi müəyyən edilib

Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 3-nün kimliyi müəyyən edilib. Əslən Şərqi Azərbaycan Əyalətinin Sarab şəhərindən olan İbadət oğlu İsmayıl Şucayi Tehranın “Robat Kərim” (Caddə Savə) məhəlləsində keçirilən aksiyada öldürülüb. İsmayıl Şucayinin xüsusi təyinatlı qüvvələrin açdığı atəşə tuş gəldiyi …

Davamı...

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib: Sulduzlu öyrənci…

Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib. Tehranda öyrənci olan sulduzlu Sepidə Həsəni təhsil aldığı şəhərdə keçirilən aksiyada təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Gənc öyrəncinin cənazəsi doğulduğu şəhər Sulduza intiqal edilib və həmin şəhərdə …

Davamı...

Ərdəbil zindanında saxlanılan Mojqan Siyaminin qeyri-müəyyən vəziyyətdə saxlanması davam edir

Güney azərbaycanlı şair, yazıçı və jurnalist xanım Mojqan Siyami 4 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Türk və fars dillərində nəşr olunan “Saray” nəşriyyəsinin müdir-məsul və yazıçısı 4 ay əvvəl Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Ərdəbilin Mərkəzi Zindanına intiqal edilib. Onun son vəziyyəti barədə etibarlı bir mənbə Siyasi …

Davamı...

Babək Vəlipur müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur zaminə buraxılıb. O mayın 25-də Tehranda Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır. Azərbaycanlı fəalın 37 gün saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxıldığı bildirilir. Fəal saxlandığı zaman etibarlı bir mənbə bu barədə GünAz TV-yə məlumat vermişdir. “Babək Vəlipurla Yaşar Nikru görüşməli idi. Lakin Babək …

Davamı...

Kiyanuş Aslani və Tohid Əmir Əmini barəsində hazırlanan iddianamənin detalları məlum olub

Tehranın İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini haqda prokurorluqda hazırlanan iddianamənin detallarını açıqlayıb. Bir neçə səhifəsi etnik məsələləri ilə bağlı olan iddianamə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinə çağırılan fəallara açıqlanıb. Kiyanuş Aslani və Tohid Əmir Əminidən özlərini müdafiə etmək üçün iyunun 22-də məhkəmə iclasına …

Davamı...

Mustafa Pərvin tanınmış fəal Abbas Lisaninin ədalətsiz məhkəmə prosesinə bu şəkildə etiraz bildirib – VİDEO

Azərbaycanlı sənətkar və milli-mədəni fəal Mustafa Pərvin son performansını tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanması və ədalətsiz məhkəmə prosesinə qarşı etiraza həsr edib. Fəal etirazını iyunun 10-u yerli vaxtla saat 11:00-da (Abbas Lisaninin məhkəmə iclasının keçirildiyi gün və saat) Tehranda səhnələşdirib. O heyvanın çirkli bağırsağını dişində tutaraq Məhkəmə …

Davamı...

Azərbaycanlı fəal Əsgər Təbrizi saxlanılıb

İran rejimi azərbaycanlı fəallara qarşı təzyiqlərini davam etdirir. Son məlumata görə, milli-mədəni fəal Əsgər Təbrizi təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb. Mayın 10-u günortadan sonra yaxalanan fəal naməlum istiqamətə aparılıb, onun harada saxlandığı hələlik məlum deyil. Deyinlərə görə, yaxalanarkən fəalın yanında bir neçə kitab olub, həmin kitablar təhlükəsizlik qüvvələri tərəfindən götürülüb. …

Davamı...